İyulun 30-da bütün dünyanın diqqət mərkəzi Braziliyaya yönəlmişdi. 2014-cü ildə keçiriləcək növbəti dünya çempionatına ev sahibliyi edəcək ölkəyə bütün futbol elitası axışmışdı.
Çünki məhz burada 3 il sonra start götürüləcək mundialın püşkatması keçirilirdi. Dünyanın bir çox telekanalı püşkatmanı operativ işıqlandırmaq üçün teleyayım hüququnu əldə edərək öz vətəndaşlarına, eyni zamanda onları digər ölkələrdə izləyən azarkeşlərə püşkün gedişini anbaan təqdim etdi. Yerli telekanallarımız bu dəfə də “seçildilər”. Bütün dünyanın həyacanla izlədiyi bu önəmli hadisəni işıqlandırmaq üçün heç kim kisəsini açmadı, zəhmət göstərmədi. Lakin püşkatma başladıqdan bir az sonra “İdman Azərbaycan” kanalı bu böyük futbol olayını tamaşaçılara təqdim etdi. Ancaq necə? Təbii ki, özlərinə məxsus tərzdə. OĞURLUQLA!!!
Növbəti dəfə bütün dünyanı özümüzə güldürməyi bacardıq. Aparıcı studiyada qonaqla oturur, kadrlar təqdim olunur və TRT 3-dən oğurlanmış canlı yayım qarşı tərəfə 1 qəpik ödənilmədən tamaşaçılara şəxti material kimi təqdim olunur. 9 il əvvəl “Playstation” oyununun “şum”unu qoyaraq “NTV+futbol” kanalının məhsulunu xalqımıza sırıyan telekanal növbəti dəfə, düz 9 ildən sonra eyni addımı atır. Heç bir məntiqə, televizyonçuluğa, peşəkarlığa sığmayan gedişdir. Arxa fonda aparıcının, qarışdırılan səbətlərin, əfsanəvi Ronaldonun səsləri SƏSSİZLİKLƏ əvəz edilir. Onların nə dediyini bilmək isə məcburən “İdman Azərbaycan”da oğurluq materiala baxan tamaşaçı üçün qaranlıq qalır.
Daha bir maraqlı məqama toxunmaq istərdik. Təbii ki püşkün gedişində hər bir ölkəsini sevən və futbolla maraqlanan şəxslər – iqtidardan tutmuş müxalifətə qədər, iş adamından tutmuş fəhləyə qədər, musiqiçidən tutmuş jurnalistə qədər – bir sözlə, hamı ölkəsinin milli komandasının səbətlərdəki zəif rəqiblərlə düşməsini arzulayır və bunun üçün dualar edir. Hətta bu günlərdə mətbuatda bizim üçün uyğun 5 rəqibin analizi verilmişdi. Ancaq “İdman Azərbaycan” kanalının jurnalisti Siyavuş Əliyev oğurluqla təqdim olunan püşatma ərzində durmadan bir fikir səsləndirdi: “Ən böyük arzumuz Hollandiya və ya İspaniya ilə düşməkdir”. Hansı məntiqlə? Məgər, AFFA prezidenti Rövnəq Abdullayev və ya baş katib Elxan Məmmədov, baş məşqçi Berti Foqts və ya kapitan Rəşad Sadıqov İspaniya arzulayır??? Yoxsa azarkeşlər 0-10, 0-9, 0-8 hesablı məğlubiyyət üçün darıxıblar? İspanların millimizə hansı acını yaşatdığını hələ keçən il Bakıda, ciddi yanaşılmayan yoldaşlıq matçında görmədikmi? Bəlkə Şakiranın sevgilisi Pike və ya La Liqanın maçosu Kasiliası doyunca görmək, onlarla şəkil çəkdirmək bizim bəzi “aparıcı”larımıza qismət olmayıb? Belədə “milli komandamız hansı hesabla uduzur uduzsun, mənə nə, əsas olan Xavi, İnyesta, Pike, Vilya kimi ulduzları Bakıda canlı görmək, imkan olarsa onlarla şəkil çəkdirmək” arzusudu.
Vətənini belə cani qəlbdən sevən insanlara tövsiyəm odur, İspaniya La Liqasını göstərəndə 1 şərt qoyun ki, belə aparıcılarınız 1 dəfə İspaniyaya getsin, “Barselona”nın və ya “Real”ın oyunlarını stadionda canlı şərh etsin. Elə orada da bəlkə fürsət tapıb şəkil çəkdirə bildilər. Xahiş edirəm, öz şəxsi istəklərinizi milli komandamızın mənafeyi ilə ölçməyin, qarışdırmayın. Yayım zamanı TRT-dən oğurluq olduğunu gizlətməyə çalışanların eybi bir neçə dəfə açılmışdı. Ən maraqlı hadisə isə bizim qrupun 1-ci səbətdən gələn rəqibi müəyyənləşərkən yaşandı. Türkiyənin rəqibləri tam bəlli olan kimi TRT 3 titrlə rəqiblərini bir daha təqdim etdi. Və Azərbaycanın 1-ci səbətdən çıxan rəqibinin kimliyi göstərilmədi. “Çoxbilmiş aparıcı” hadisələri qabaqlayıb tamaşaçılara arzularının çin olduğu xəbərinin müjdəsini verdi. Yəni İspaniya rəqibimizdi. Sonradan isə yalnışlıq olduğu, İspaniyanın yerinə Portuqaliya olduğu qeyd edildi.
P.S. Yeri gəlmişkən, bu günlərdə “İdman Azərbaycan” tamaşaçılara daha bir sürpriz təqdim etdi. Profili idman olan heç bir kanalın görə bilmədiyi iş Azərbaycanda gerçəkləşdi. “Rokki” bədii filmi "dahi idmançı" Silvestr Stalonenin baş rolunda ekranlara gəldi. Yaxın günlərdə Jan Klod Van Damm və ya ermənipərəst Arnold Şvartsneggerin filmlərini görmək arzusu ilə
Azad SƏMƏDOV, azarkeş
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı