Qəbələdə təşkil olunan beynəlxalq turnirdə dörd komanda arasında sonuncu yeri tutan «Qəbələ» klubunun baş məşqçisi Toni Adams bu gün mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, Toni Adams ilk oyunda əsas heyəti meydana buraxmamasının səbəbi haqda danışarkən bildirib ki, İngiltərədən təlim-məşq toplanışdan qayıdarkən uzun yol futbolçuların yorğunluğuna səbəb olub. Buna görə də o, Gürcüstanın «Dila» komandasıyla matçda ehtiyat oyunçuları meydana buraxıb.
«Spartak»la oyunda isə Adams əsas heyəti meydana buraxsa da, komandası 0:1 hesabı ilə uduzub: «Bizim turnirdə dördüncü yer tutmağımız xüsusi əhəmiyyət kəsb etmir. Mən futbolçularımdan razıyam».
Toni Adams «Qəbələ»də yaxşı futbolçuların olduğunu qeyd edib. Bu zaman o, yeni transferləri Mahir Şükürov və Dodonun adını çəkib. Bununla belə, britaniyalı mütəxəssis bildirib ki, hələlik komandanın əsas heyəti tam formalaşmayıb.
Növbəti mövsümdə «Qəbələ»nin hədəfləri haqda danışan Toni Adams bildirib ki, məqsədləri Avropa Liqasında oynamağa imkan verən yerlərdən birini tutmaqdır: «Mövsümə hazırlığımız yaxşı keçib. «Qəbələ»ni çempionata hazır saymaq olar. Yaxşı transferlər etmişik ki, bunları da mövsümdə görəcəksiniz. Lakin hələ bu son deyil. Transfer pəncərəsinin sonuna qədər olan 1 ay ərzində heyətimizə yeni futbolçular qatacağıq».
Adams bildirib ki, komandaya daha iki futbolçu cəlb etmək istəyir.
Mətbuat konfransında məlum olub ki, «Qəbələ» hazırda qapıçı Qreem Smitlə danışıqları davam etdirir.
O vurğulayıb ki, yeni mövsümdə «Qəbələ»nin oyun stili dəyişməyəcək.
«Son vaxtlar biz Baraninin autdan ötürmələrindən sonra çoxlu qol vururuq, amma eyni zamanda həm də top buraxırıq».
Toni Adams bildirib ki, yeni transferləri Mendi növbəti mövsümün bombardiri ola bilər.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı