“Qarabağ”da Vüqar Nadirov şoku

“Qarabağ”da Vüqar Nadirov şoku
ÖLKƏ FUTBOLU 30 İyul 2011 / 18:50 4061
-  A +

Avroliqanın üçüncü təsnifat mərhələsinin “Brügge” ilə səfər oyununda zədələnən Vüqar Nadirovun zədəsi ciddidir. Gənc hücumçu təxminən 1,5 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bu barədə Qol.Az-a açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. İbrahimovun sözlərinə görə, bu gün İstanbulda tibbi müayinədən keçən futbolçunun ayağında şiş əmələ gəldiyi məlum olub.

Belə olan halda Vüqar “Brügge” ilə cavab oyununu, eyni zamanda Premyer Liqanın ilk 4 turu və Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində milli komandamızın doğma meydanda Belçika və Qazaxıstan seçmələri ilə keçirəcəyi görüşləri də buraxmalı olacaq.

Daha çox


Son xəbərlər