«Neftçi» klubunun baş məşqçi vəzifəsindən ayrılan Arif Əsədov Qol.Az saytının suallarını cavablandırıb
- Siz “Dinamo” ilə oyundan sonra istefa verməyərək bunun zəiflik əlaməti olduğunu dediniz. Amma dünən “Neftçi”nin rəsmi saytı istefa verdiyinizi açıqladı. Bunu necə başa düşmək olar?
- Əlbəttə, mən “Neftçi”də qalmaq istəyirdim. Ancaq sonradan elə təzyiqlər başladı ki, sanki Avropada bizim klublar arasında yalnız “Neftçi” uduzub. Bir də istəmədim ki, futbolçular bu yükün altında əziyyət çəkərək meydana çıxsınlar. Qalsaydım, kimlərsə qarşıdakı oyunlar zamanı yenə istefa şüarı ilə “Neftçi” və onun futbolçularına təzyiq edəcəkdi. Bunları qabaqcadan görərək bu addımı atdım.
- “Neftçi”nin bəzi futbolçuları “Dinamo”yla oyunöncəsi məşqlər zamanı bir qrup şəxslər tərəfindən psixoloji təzyiqə məruz qaldıqlarını iddia edir.
- Bu işlər kimlər tərəfindən həyata keçirilibsə, onları Allaha tapşırıram. Xorvatlara məğlub olmağımıza baxmayaraq, mən elə bilirdim ki, bəzi azarkeşlər komandanı pis vəziyyətdən, psixoloji durumdan çıxarmağa dəstək olacaqlar, ancaq tam əksini etdilər. Demirəm ki,alqışlasınlar, lakin bizim təkrar görüşdə qələbə qazanmağımız üçün dəstək ola bilərdilər. Amma təzyiqlərin ardı-arası kəsilmirdi. Heç kəs təminat verə bilməz ki, sabah çempionat oyunlarında “Neftçi” yenidən belə təxribatla üzləşməyəcək.
- “Neftçi”nin prezidenti Sadıq Sadıqovla istefadan öncə söhbətiniz olmuşdu?
Bəli, Sadıq müəllimlə görüşdük və o, mənə düşünmək üçün vaxt verdi. Çox sağ olsun, Sadıq müəllim ki, hər zaman mənə dəstək olub. Klub rəhbərliyi tərəfindən heç bir problemin olmadığını deyə bilərəm. Təkrar edirəm, bu addımı atmağıma səbəb komanda və onun futbolçularını təzyiqlərdən qorumaq idi.
- Hər halda, müəyyənləşdirə bilmisiniz, kim sizə təzyiq edib?
- Vallah, açığı bu haqda bir şey deyə bilmərəm. Kim tərəfdən və necə olub, mənə məlum deyil.
- Bundan sonra nə edəcəksiniz?
- Hələ ki, bir qədər istirahət etməyi düşünürəm. Əgər əvəzedici heyəti də saysaq, artıq üç ildir ki, “Neftçi”də çalışıram. Bu vaxt ərzində iki dəfə - bir dəfə əvəzedicilər, bir dəfə də əsas komandayla - çempionluq qazanmışam. Yorğunluq hiss etdiyimdən dincəlmək istəyirəm. Bundan sonra əgər digər klublardan təklif alsam, böyük məmuniyyətlə razılıq verərəm.
- Sizə “Neftçi”də çalışdığınız əvvəlki vəzifənizdə, əvəzedicilərin baş məqşçisi postunda işləmək təklif olunub?
- Siz də yaxşı bilirsiniz ki, belə bir təklifi olsa belə, onu qəbul etmək olmaz. Əsas komandada baş məşqçi işləyib, sonradan geriyə qayıtmaq düzgün deyil. Əksinə "Neftçi"dən sonra mən daha iddialı, qarşısına çempionluq məqsədi qoyan komandada çalışmaq istəyirəm.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı