Mehmet Ak: “Rəsmi açıqlama verilənə qədər “Neftçi”nin məşqçisiyəm”

Mehmet Ak: “Rəsmi açıqlama verilənə qədər “Neftçi”nin məşqçisiyəm”
ÖLKƏ FUTBOLU 29 İyul 2011 / 17:45 2782
-  A +

“Klubdan rəsmi açıqlama verilənə qədər “Neftçi”nin məşqçisiyəm. Çünki “ağ-qaralar”la rəsmi müqaviləm var”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Neftçi”nin fiziki hazırlıq üzrə məşqçisi Mehmet Ak deyib.Müqaviləylə “Neftçi”yə məxsus olduğunu bildirən türkiyəli mütəxəssis yayılan istefa xəbərləri ilə bağlı bunları deyib:

“Müqavilə ilə bu kluba məxsusam. Klub prezidenti hələlik mənim istefaya göndərilməyinlə bağlı rəsmi açıqlama verməyib. Ona görə də mənim nəsə deməyim düzgün deyil”.
Qeyd edək ki, Mehmet Akın “Neftçi”dən ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

 

Daha çox


Son xəbərlər