«Qarabağ» klubunun keçmiş kapitanı Aslan Kərimov Avropa Liqasında «Brügge»yə məğlubiyyətlə bağlı Qol.Az saytına müsahibə verib
- “Qarabağ”dan belə nəticə gözləyirdin?
- Nəzərə alsaq ki, rəqib çox güclü və sürətli bir komandadır, 1:4 hesabı bəlkə də gözlənilən idi. Məğlubiyyətin əsas səbəblərindən biri komandanın əsas fiqurlarından sayılan Rəşad Sadiqovun yoxluğudur. Təsəvvür edin ki, bir həftə komanda ciddi hazırlaşır, lazımı taktiki gedişlər üzərində çalışır və sonda bu oyunçunu başqa biri əvəz etməli olur. Təbii ki, bu, “Qarabağ”ın oyununa öz təsirini göstərməliydi. Digər tərəfdən, komandanın bir neçə ardıcıl oyunlar oynaması, futbolçularda yorğunluğa səbəb olur. Çünki indiki halda futbolçular belə yüklənməyə fiziki çəhətdən tam hazır deyillər.
- Hesabın belə böyük olmasını həm də Belçika çempionatının Azərbaycan Premyer Liqasından üstün olması ilə əlaqələndirmək olar?
- Bəli, sözsüz ki, onların çempionatı bizim Premyer Liqadan daha səviyyəli və çox güclüdür. Oyuna baxa bilməsəm də, internetdən radio vasitəsi ilə qulaq asmışam. 2:0-dan sonra futbolçularımız hesab arasındakı fərqi minumuma endirərək, daha bir qol vurmaq üçün irəli atıldılar. Amma heyif ki, sonra bizimkilər qapılarında daha iki qol gördülər. Ancaq, məncə, «Qarabağ» ümumilikdə pis çıxış etməyib.
- Bəlkə də “Qarabağ”müdafiədə bir qədər diqqətli olsaydı belə hesab qeydə alınmazdı.
- Yenə də deyirəm, bu oyunu görməmişəm, sadəcə radioda qulaq asmışam, ancaq sonradan iki qol buraxıblarsa, deməli, haradasa diqqətsizliyə yol veriblər. Təkcə müdafiəçiləri deyil, ümumilikdə bütün komandanı nəzərdə tuturam. Çünki müdafiə təkcə dörd oyunçudan ibarət deyil. Burada bütün futbolçular mübarizə apararaq müdafiə olunmalıdırlar. Əgər qapını toxunulmaz saxlamaq istəyirsənsə, diqqətli olmalısan. Çünki rəqib də elə bir komandadır kı, səhvləri bağışlamır.
- Hesab 1:2 olanda “Qarabağ”lı futbolçular müdafiədə daha diqqətli olub, bu nəticəylə oyunu başa vura bilməzdilər?
- Oyunun gedişatından tam xəbərimiz olmadığından bir şey demək çətindi. Ancaq mən belə düşünürəm ki, heç-heçə də etmək mümkün olardı. Bunu da nəzərə almaq lazımdır ki, rəqib çox texnikalı və sürətli komandadır. “Qarabağ” daha bir neçə dəfə real qol vurmaq şansları qazansa da, bundan yararlana bilməyib. Lakin düşünürəm ki, nəticə oyuna görə olmayıb.
- Dünən Rəşad Sadiqov oynamadı, Vuqar Nadirov zədələnərək tez əvəzlənməli oldu. Lakin bu futbolçuların əvəzləyiciləri istənilən səviyyədə oynamayıblar. Sizə elə gəlmirmi ki, “Qarabağ”ın Avropa klubları kimi səviyyəli ehtiyat qüvvəsi olmalıdır?
- Mən belə düşünürəm ki, “Qarabağ”ın ideyası, fəlsəfəsi tam başqadır. Onlar daha çox yerli futbolçuları inkişaf etdirərək Azərbaycan futboluna bəxş etmək istəyirlər. Bu baxımdan yəqin ki, başqa əcnəbi futbolçu transfer etmədilər. Təbii ki, azarkeşləri də başa düşmək lazımdır. Onlar davamlı qələbələr görmək istəyirlər, bu mənada səviyyəli oyunçular almaq gərəkli idi. Rəşadı əvəz edəcək bir futbolçu çətin tapılsa da, heç olmasa, ona yaxın oyunçu ola bilərdi.
- Bakıda “Brügge”ni məğlub edib mərhələ adlamaq şanslarımız nə dərəcədədir?
- “Qarabağ”ın səfərdə belə hesabla uduzması istər-istəməz onlara psixoloji təsirini göstərəcək. Ancaq düşünürəm ki, həm məşqçi, həm də texniki heyət komandanı psixoloji durumdan çıxaracaq. ən azı azarkeşlər üçün gözəl oyun nümayiş etdirə biləcək. Əgər “Visla”nı, “Rusenborq”u uda biliriksə, niyə də “Brügge”ni məğlub etməyək?
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi