“Brügge”nin futbolçusu: “Qarabağ ” qol vuranda, şoka düşdük”

“Brügge”nin futbolçusu: “Qarabağ ” qol vuranda, şoka düşdük”
ÖLKƏ FUTBOLU 29 İyul 2011 / 12:44 2827
-  A +

“Top yerə dəyməmiş ona zərbə endirdim. Məncə, baxımlı qol alındı. Biz belə qolları məşqlərdə vururuq. Doğru zamanda doğru yerdə idim. Topun hara düşəcəyini bilirdim”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Brügge”nin müdafiəçisi Rayan Donk söyləyib. “Qarabağ”ın gücündən danışan danimarkalı futbolçu səfər oyunu ilə bağlı isə bunları deyib:

“Oyundan əvvəl bizə xəbərdarlıq olmuşdu ki, rəqib müqavimət göstərə bilər. “Qarabağ”ın  sürətli futbolmçuları bunu bizə sübut etdi. Hətta onlar qol vuranda, şoka düşdük. Bir anlıq faciə baş verəcəyini düşündük. Psixoloji cəhətdən çox güclü komandadır. Məncə, cavab oyununda bu fərqi aradan qaldıra bilərlər”.

Daha çox


Son xəbərlər