“Qapımızdan top buraxmasaydıq, daha yaxşı olardı”

“Qapımızdan top buraxmasaydıq, daha yaxşı olardı”
ÖLKƏ FUTBOLU 29 İyul 2011 / 11:59 2236
-  A +

“Qarabağ”la oyun asan keçmədi. Onlar ancaq müdafiədə oturub, əks-hücumlara bel bağlayırdılar”.

Qol.Az-ın məlumatına görə, bu szöləri Avroliqanın üçüncü təsnifat mərhələsində “Qarabağ”ın qapısına vurulmuş ilk qolun müəllifi olan “Brügge”nin yeni transferi Byörn Vleminks deyib. Belçikalı forvard köhnə-yeni komandasındakı debüt oyunundan razı qalıb:

“Bu, arzuolunan debüt idi. Rəqibin müdafiədə oynamsına baxmayaraq, hesabı tez aça bildik və bu da oyunun gedişində öz bəhrəsini verdi. Ancaq qapımızdan top buraxmasaydıq, daha yaxşı olardı. Ümumilikdə isə komanda sonadək mübarizə apardı və mənə elə gəlir ki, bu hesab növbəti mərhələyə keçmək üçün bəs edəcək”.

“Qarabağ”ın qapısına vurulan üçüncü qolda da böyük pay sahibi olan Vleminks məhsuldar ötürmədə bacısının əməyəi olduğunu söyləyib: “Bacım voleybolçudur. Onunla tez-tez həyətimizdə voleybol oynayırdıq. Əl ilə belə topları da ancaq voleybolla məşğul olanlar ata bilərlər. Bunun üçün də mən bacıma çox şey borcluyam”.

Daha çox


Son xəbərlər