"Bildiyiniz kimi, biz hələ İstanbulda olarkən üzücü bir xəbər aldıq. Rəşad Sadiqovun qardaşının vəfatı xəbəri bizə elə təsir etdi ki, hələ də özümüzə gələ bilməmişik. Amma əlbəttə ki, bu, bizim üçün bəhanə sayıla bilməz".
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində hazırda Belçikada olan «Qarabağ» klubunun direktoru Əmrah Çəlikəl bildirib.
Avropa Liqasında bu gün keçiriləcək «Brügge» - «Qarabağ» oyunu haqda danışan klub rəsmisi deyib ki, komandaları uğur qazanmaq üçün əllərindən gələni edəcək.
«Hələ oyunun başlamasına xeyli vaxt var, ona görə də tam olaraq matça köklənməyə çalışırıq. İnşallah, bu gün Belçikada «Qarabağ»ın adını ən layiqlə şəkildə təmsil etməyə çalışacağıq. Amma desəm ki, hazırda komandada psixoloji durum yüksək səviyyədədir, yalan danışmış olaram. Lakin biz adımıza yaraşan şəkildə oynayacağıq, indiyə kimi sərgilədiyimiz futbolu nümayiş etdirəcəyik. Mən qətiyyən ümidsiz deyiləm» - deyə Əmrah Çəlikəl bildirib.
O qeyd edib ki, rəqib «Brügge» də «Qarabağ»a ciddi yanaşır: «Onlar bizə hörmətlə yanaşırlar və yaxşı komanda olduğumuzu qəbul edirlər. Rəqibin baş məşqçisi «Qarabağ»dan ehtiyat etdiyini söyləyib. Ona görə də düşünürəm ki, bu gün işimiz çox çətin olacaq».
Əmrah Çəlikəl futbolçuların psixoloji durumunu yüksəltmək üçün məşqçi heyətinin onlarla toplantı keçirəcəyini deyib.
Əmrah Çəlikəl bugünkü qarşılamanın canlı yayımlanmaması məsələsinə də münasibət bildirib.
«İndiyə kimi klub olaraq bizə aid olmayan məsələlərin də həlli üçün çalışmışıq. Matçın göstərilməməsi bizdən asılı olan səbəb deyil. Oyunun yayım hüququ meydan sahibi olan komandadadır. Yerli telekanallardan heç biri isə bu matça maraq göstərmirlər. Mən bildiyimə görə, bu qarşılaşmada kamera olmayacaq. Əgər yerli kanallar göstərmiş olsaydı, o zaman nəsə edərdik».
Əmrah Çəlikəl Azərbaycan telekanallarının maksimum 40 min avro müqabilində bu oyunu yayımlamaq iqtidarında olması ilə bağlı suala isə belə cavab verib: «Bu, bizə aid məsələ deyil. Hansısa kanal gəlib danışıq apara bilərdi. Biz klub olaraq, belə bir vəziyyətdə işimizi bir kənara buraxıb, Belçika telekanalları ilə danışıq aparası deyildik».
Salah üzr istəyib
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi