“Brügge”nin baş məşqçisi: “Qarabağ” diqqətli oynayan komandadır”

“Brügge”nin baş məşqçisi: “Qarabağ” diqqətli oynayan komandadır”
ÖLKƏ FUTBOLU 28 İyul 2011 / 12:00 2435
-  A +

“Qarabağ” həmişə diqqətli oynayan komandadır. Əsasən qısa ötürmələrə üstünlük verirlər. Nadir hallarda uzun ötürmələrdən istifadə edirlər. Yarımmüdafiə xəttində yaxşı oyunçular çıxış edir. Hücumda isə istənilən anda oyunun taleyini dəyişə bilən futbolçuları var”.

Qol.Az-ın Belçika mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri Avroliqanın üçüncü təsnifat mərhələsində “Qarabağ”la oyunöncəsi təşkil olunan mətbuat konfransı zamanı “Brügge”nin baş məşqçisi Adri Koster deyib.

Oyunun başlamasını səbirsizliklə gözlədiklərini söyləyən mütəxəssis ilkgörüşdə qapılarını toxunulmaz saxlamaq istədiklərini dilə gətirib:

“İlk görüşün evdə olması bizim xeyrimizədir. Komanda öz oyununu göstərə bilər. İndi futbolçularım səbirsizliklə matçın başlamasını gözləyirlər. Avrokubok oyunları bizim üçün həmişə xüsusi olub. Hələ ilk oyununu sənə tanış olmayan rəqibə qarşı keçirəndə, daha maraqlı olur. Birinci görüşdə qapımızdan qol buraxmamalıyıq. Bu, cütün taleyi üçün çox vacibdir”.

Daha çox


Son xəbərlər