Bu gün Avroliqanın III təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, bu mərhələdə yeganə təmsilçimiz olan Ağdamın "Qarabağ" klubu da səfərdə ilk oyununu keçirib.
Son iki mövsümdə uğurlu çıxışı ilə diqqət çəkən "Qarabağ" bu ən-ənəsini davam etdirmək niyyətində idi. Lakin rəqibimiz elə də zəif deyildi. Səfərdə Belçikanın "Brügge" klubu ilə qarşılaşan "Qarabağ" Azərbaycan tamaşaçısının yeganə ümidi olaraq qalırdı.
Lakin bu oyun "Qarabağ" üçün uğursuz alınıb. İlk hissədə qapısında bir qol görən "Qarabağ" fasildən sonra daha bir dəfə mərkəzə dəvət olunub. Matçın 62-ci dəqiqəsində Rauf Əliyev hesab arasında fərqi azaltsa da, komandamızın bundan artığına gücü çatmayıb.
Matçın gedişində daha iki dəfə fərqlənən meydan sahibləri ilk oyunda böyük hesablı qələbə qazanıb - 4:1. Cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.
Komandada yeganə itki isə "Qarabağ"ın kapitanı Rəşad Sadiqovun yoxluğu idi. Sadiqovun qardaşı Səbuhi Sadiqovun vaxtsız dünyasını dəyişməsi nəticəsində Rəşad ilk oyunu buraxmalı olmuşdu. Rəşadın yoxluğu ilə yanaşı bu hadisə bütün komanda üzvlərinə də çox pis təsir göstərib. Bu amil komandanın oyununda aşkar hiss olunub.
28 iyul
Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu
23:30. "Brügge" - "Qarabağ" - 4:1
Qollar: Byorn Fleminks, 9 (1:0), Vaskes, 55 (2:0), Rauf Əliyev, 62 (2:1), Donk, 71 (3:1), Dirar, 83 (4:1)
Hakimlər: Arnold Hanter, Paul Mann, Riçard Storey, Ross Danlor (hamısı Şimali İrlandiya).
UEFA nümayəndəsi: Torir Hakonarson (İslandiya)
Hakim-inspektor: Kristakis Skapoullis (Kipr).
Brügge. Yan Breydel stadionu.
"Qarabağ"ın start heyəti: 99. Boyan Pavloviç, 5. Maksim Medvedyev (Nderim Necipi, 88), 14. Rəşad Sadıqov, 7. Namiq Yusifov (k), 11. Rauf Əliyev, 2. Qara Qarayev (Zaur Həşimov, 78), 17. Vüqar Nadirov (İlqar Qurbanov,10 ), 24. Admir Teli, 22. Əfran İsmaliyov, 25. Ansi Aqolli, 77. Georgi Adamiya
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Zaur Həşimov, Bəxtiyar Soltanov, Emin İmaməliyev, İlqar Qurbanov, Nderim Necipi
"Brügge"nin start heyəti: 1. Kolin Kusemans, 3. Mixael Almedak, 4. Karl Hufkens (k), 5. Fredirix Stenman, 6. Niki Zimlinq, 8. Lior Refailov, 9. Byorn Fleminks, 10. Nabil Dirar, 13. Viktor Vaskes, 18. Rayan Donk, 32. Vadis Ocidca
Ehtiyat oyunçular: Kujoviç, Vanstinkiste, Hoqli, Van Aker, Akpala, Meuniyer, Lestien.
Oyun başladı
5. Oyun hələ ki, meydanın mərkəzində gedir. Qarşılıqlı top itkilərinə yol verilir.
9. Rəqib təhlükəli hücumu qolla nəticələnir. Fleminks fərqlənir - 1:0
10. Zədələnən Vüqar Nadirovu İlqar Qurbanov əvəz edir
17. Zimlinq qaydanı pozur. Hakim cərimə zərbəsi təyin edir.
18. Sadıqovun yerinə yetirdiyi cərimə zərbəsini Teli dəqiq tamamlaya bilmir.
19. Aqolli rəqibə qarşı qaydanı pozur.
20. Vaskesin cərimə zərbəsindən ötürdüyü topu Vleminks qolla tamamlaya bilmir.
22. İlk real qol şansı. Əfran Adamiya ilə divar paslaşması edir, Amma Rauf qapı önündə dəqiq zərbə endirə bilmir.
25. Əfranın İlqara diaqonal ötürməsini İlqardan qabaq uzaqlaşdırırlar
26. Bu dəqiqələrdə arenada "Qarabağ" sədaları eşidilir
28. Rəqib ardıcıl həmlələr etsə də dəqiq oynayırıq
29. Rauf sürətlə 2 müdafiəçini keçir, daha əlverişli mövqedə olan Əfrana ötürmə etsə də top Əfranın gerisinə düşür
30. İlk yarım saat "Brügge"nin 1:0-lıq üstünlüyü ilə keçdi
32. Donkun zərbəsi qapıdan xeyli aralı keçir
34. Əfran künc zərbəsi yerinə yetirsə də, müdafiəçilər topu uzaqlaşdırır
35. Əfranın sağ cinahdan keçidini zərərsizləşdirirlər
37. Əfranın zərbəsi alınmır
40. Daha bir şans. Rauf Əfranın ötürməsiylə topu sinəsiylə ram etsə də son anad zərbə endirməyə imkan vermirlər. Üstəlik Rauf zədə də keçirir
41. Qurbanov qaydanı pozur. Hufkensin yerinə yetirdiyi cərimə zərbəsi dəqiq alınmır.
43. Hissənin sonunda "Brügge" yenidən fəallaşmaq istəyir
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
İkinci hissə başladı
47. Aqolli qaydanı pozur və sarı vərəqə ilə cəzalanır.
48. Odidjanın baş zərbəsi dəqiq olmur
55. Rəqibin daha bir təhlükəli hücumu qolla nəticələnir. Vaskes fərqlənir - 2:0.
60. Efranın vurduğu top qapı tirindən döndü.
62. "Qarabağ"ın hücumu və qooooooollllllll. Əfran mükəmmək ötürmə verir və Rauf Əliyev qol vurur - 2:1.
64. Hufkens qaydanı pozur və sarı vərəqə ilə cəzalandırılır.
65. Rəqib şokdadır. Bu dəqiqlərdən istifadə etmək lazımdır
66. Donk Aqolliyə qarşı kobudluğa görə sarı vərəqə alır
68. Bu dəqiqələrdə ərazi üstünlüyü "Qarabağ"dadır.
70. Əfran 70 metr reyd edir, ən sonda topu ondan ala bilirlər
71. "Brügge"nin daha bir hücumu qolla nəticələnir. Donk hesab arasındakı fərqi artırır - 3:1.
74. Vleminks dördüncü qolu qapımızdan keçirir. Lakin hakim ofsayd qeydə alır.
75. Rauf zədələnərək yerdə qalsa da, hücum etməkdə davam edirlər. Ardınca Qaraya qarşı kobudluq nəzərə alınmır.
78. "Qarabağ"ın heyətində dəyişiklik. Zaur Həşimov Qara Qarayevi əvəzləyir.
83. Rəqib daha bir dəfə qapımıza yol tapır. Dirar fərqi daha da artırır - 4:1
86. Əfranın qapıya zərbəsi dəqiq olmur
87. Daha bir zədələnmiş oyunçumuzu Maksimi Nedzipi əvəz edir
88. Əfran qapıçıyla təkbətək çıxsa da, son anda müdafiəçilər topu uzaqlaşdırır
89. Zaurun baş zərbəsi qapıdan aralı keçir
90. Oyunun sonuna 3 dəqiqə əlavə olunur
90+2. Əfran daha bir reyd edir, amma yenə də son anda təhlükə sovuşdurulur
Oyun başa çatdı
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı