«Qarabağ»ın kapitanı Rəşad Sadiqovun qardaşının vəfatından sonra Ağdam klubunun futbolçuları şok vəziyyətinə düşüblər.
Komandanı müdafiəçisi Rəşad Sadıqov bu gün klubun rəsmi saytına açıqlamasında da qeyd edib ki, bu hadisə futbolçulara elə təsir edib ki, onlar hətta sabah «Brügge»yə qarşı oyunu fikirləşə bilmirlər.
Tanınmış psixoloq Elmir Əkbər Qol.Az-ın müxbiri ilə söhbətində Rəşad Sadiqovun gənc qardaşının vəfatı xəbərinin futbolçulara təsir etməsini normal qarşılayıb. Amma o qeyd edib ki, məsul oyun ərəfəsində futbolçuları duşdükləri bu durumdan çıxırmaq lazımdır: «Allah rəhmət eləsin, cavan adamdır, insan pis olur. Düşünürsən ki, niyə belə olmalıdır. Ancaq eyni zamanda futbolçulara aşılanmalıdır ki, onun ruhunun şad olması üçün mütləq qələbə qazanmaq lazımdır”.
E.Əkbər daha sonra bunları bildirib: “Bu hadisənin komandaya təsiri ona görə böyükdür ki, futbol komanda oyunudur. Bir nəfərin oynanaması çox şeyi həll edir. Onda bilirsiniz, futbolçular özlərini necə hiss edirlər? Necə ki, zəncirin bir bəndi olmayanda, zəncir qırılırsa, futbolçular da belə düşünürlər. Ona görə də sadəcə futbolçularla düzgün işləmək və onlarda özünəinamı artırmaq lazımdır. Oyunçular psixoloji cəhətdən onun yoxluğunu hiss etməməlidilər. Buna görə də, komandada tam hazırlıqlı psixoloqlar olmalıdır ki, onları düzgün istiqamətləndirsin. Bizdə isə bu yoxdur. Problemlərin çoxu da bundan qaynaqlanır”.
E.Əkbər bildirir ki, bütün dünyada klubların öz psixoterapevtləri, psixoloqları olmalıdır: «Onlar ayrı-ayrılıqda hər bir futbolçunun psixoloji durumu ilə məşğul olurlar. Təbii ki, onların hər birinin başına faciəvi hadisə gələ bilər. Həmin an bu futbolçulara dəqiq, düzgün məsləhət vermək lazımdır. Məsələn, mənim xəbərim var ki, bizim bəzi klublarımızda nəinki psixoterapevt, heç adi həkim də yoxdur. Həkim yerinə onlar öz tanışları olan feldşerləri, baytarları işə götürürlər. Bu, ilk növbədə klublarımızda qeyri-peşəkar ab-havanın olmasından irəli gəlir. İkinci növbədə, ümumiyyətlə, bizim klublarımızda komanda ruhu yoxdur. Fikir verin, bizim idmançılarımız ancaq fərdi döyüş növlərində qalib gəlirlər. Qrup şəklində idman növündə bizim idmançılarda böyük nailiyyətlər olmur. Ona görə ki, klublarımızda komanda ruhunu futbolçulara aşılayan psixoterpevtlər yoxdur. Bizdə artıq elə bir pis vərdiş yaranıb ki, özümüzü, dinimizi, qadınımızı, kişimizi, millətimizi bəyənmirik. İnamsızlıq o qədər artıb ki, öz futbolçularımıza güvənmirik. Əslində onların daxilində çox güclü potensial var. Bunun nəticəsi kimi, oyunçularda da özünəinam itib. Mən inanmıram ki, məğlubiyyətlərin arxasında pul və ya hər hansı başqa amillər durur. Mən belə düşünürəm ki, onlara düzgün yönləndirmə olanda, onlar da gedib qalib gəlirlər” - deyə E.Əkbər bildirib.
Foto: Viktoriya Melnik
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı