“Neftçi”nin baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- Çempionlar Liqasında “Dinamo”ya məğlubiyyətdən sonra komandanızda psixoloji durum nə yerdədir?
- Düzdü, bu oyundan sonra futbolçularda gərginliyn olması ilə bərabər, psixoloji vəziyyət də yerində deyldi. Ancaq məşqlərə başladıqdan sonra artıq futbolçuların psixoloji durumu normallaşmağa doğru gedir.
- Avroliqa turniri zamanı Emil Mpenza və Bahadır Nəsimov özünü yaxşı tərəfdən göstərə bilmədi. Bu, çempionat oyunları zamanı da eyni halın yaşanacağına işarə deyil?
- Emil Mpenza “Dinamo”yla hər iki oyunda qol vurmasa da, pis təsir bağışlamadı. Bahadıra gəlincə, o, bir oyunda meydana çıxdı, ancaq istədiyimiz nəticəni vermədi. Futbolçularda belə hallar qaçılmazdı. Xorvatiya təmsilçisi ilə oyunda mərhələ adlaya bilməsək də, bu, bizim üçün bir dərs oldu.
- Çempionatda ilk rəqibiniz “Qarabağ”olacaq. Bu oyuna komanda necə hazırlaşır?
- Artıq iyulun 25-dən güclü məşqlərə başlamışıq. İlk növbədə məqsədimiz futbolçuların psixoloji durumunu yüksəldərək, bütünlüklə çempionat oyunlarına kökləməkdir. Hər zaman olduğu kimi, bu dəfə də yüksək yerlər uğrunda yarışacağıq. Hər oyunda qələbə qazanmaq üçün meydana çıxacağıq. Bu çempionatda biz daha çox Azərbaycanın gənc futbolçularına üstünlük verəcəyik. Məqsədimiz bu futbolçuların yetərincə təcrübə qazanmasıdır.
- “Neftçi”nin aparıcı futbolçularından olan Rodriqinyo əməliyyat olunub?
- Hələ yox. Həkimlərin qoyduğu diaqnoza əsasən Rodriqinyo 5-6 ay futboldan uzaq olacaq. Əməliyyat isə onun vətəni Braziliyada aparılacaq. Digər futbolçulara gəlincə, hər şey qaydasındadır.
- Sabah Avropa yarışlarında Azərbaycanın yeganə təmsilçisi “Qarabağ”ı Belçikanın güclü “Brügge” klubu ilə çətin sınaq gözləyir. Onların şanslarını necə dəyərləndirirsiniz?
- Digər rəqiblərə nisbətən, “Brügge” çox güclüdür. “Qarabağ” son iki ildə Avropa yarışlarında yaxşı təcrübə qazanıb. Məncə, bu, əla bir şans olacaq ki, onlar özlərni yaxşı tərəfdən göstərməyi bacarsınlar. İnşallah, Azərbaycanımızı layiqli şəkildə təmsil edərlər. Məğlub olsalar da, bunu faciə etmək lazım deyil. Bizdə belə bir şey var ki, hansısa komanda uduzursa o, dəqiqə tənqid atəşinə tuturlar. Biri deyir taktika düzgün seçməmişdilər, digəri əlavə edir ki, gərək transferlər edərdilər və sair.Yəqin ki, ən yaxşısını klub rəhbərliyi və məşqçi bilir. Bu yolda onlara uğurlar diləyirəm.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı