“Xəzər Lənkəran” daha iki futbolçu ilə bağlı qərarını açıqladı

“Xəzər Lənkəran” daha iki futbolçu ilə bağlı qərarını açıqladı
ÖLKƏ FUTBOLU 26 İyul 2011 / 16:40 4196
-  A +

“Xəzər Lənkəran” rəhbərliyi “Makkabi” ilə oyundan sonra komandadan kənarlaşdırılan daha iki futbolçunu geri qaytarıb. Bu barədə Qol.Az-ın müxbiri ilə söhbətində komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

Nadirovun sözlərinə görə, müdafiəçi Elnur Allahverdiyevlə yarımmüdafiəçi Rahid Əmirquliyevin də cənub təmsilçisində qalacağı dəqiqləşib. Hər iki futbolçu transferə çıxarılsa da, sonradan klub rəhbərliyi onları komandada saxlamağa qərar verib.

Qeyd edək ki, bu futbolçularla yanaşı, “Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayevin də klubdan ayrılmayacağı müəyyənləşib. Hələlik təkcə Emeka Opara “Xəzər Lənkəran”dan göndərilib.

Daha çox


Son xəbərlər