“Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanovun Qol.Az saytına müsahibəsi
- Bu həftə sizi Avroliqada “Brügge” ilə oyun gözləyir. Yəqin, razılaşırsan ki, bu mərhələ sizin üçün daha çətin olacaq.
- Əlbəttə. Çünki rəqib çox güclüdür. Ancaq bu demək deyil ki, onlardan çəkinirik. Hər halda “Qarabağ” bir çox güclü və tanınmış klublarla mübarizədən qalib ayrılıb. Bu mənada, qarşıdakı oyundan da çəkinmək lazım deyil. Sadəcə, güclü məşqlər keçərək həm fiziki, həm də psixoloji cəhətdən hazırlıqlı olmalıyıq.
- Avropa turnirində məğlub etdiyiniz “Rusenborq”, “Visla” kimi klublarla müqayisədə “Brügge”nin hansı üstünlüklərinə görə qiymətləndirərdin?
- Belçikalıları əvvəl qarşılaşaraq məğlub etdiyimiz klublardan üstün sayıram. Həm də bu komanda daim Avropa turnirlərinin qrup mərhələsində çox güclü klublarla mübarizə aparır. İstənilən tanınmış komandanı məğlubiyyətə uğratmaq gücünə malikdir.
- “Streymur”la oyunda səni yalnız ikinci hissənin axırlarında meydanda gördük. Ehtiyatda qalmaq səni yormayıb?
- “Banqa” ilə görüşdə özümü yaxşı tərəfdən göstərməyi bacardım. Əlbəttə, hər bir futbolçu əsas heyətdə və daim meydanda olmaq istəyir. Mən də bunun üçün əlimdən gələni etməyə, məşqlərdə daha yaxşı fərqlənməyə çalışıram.
- “Brügge”ilə oyunda Qurban Qurbanovun sənə şans verəcəyini düşünürsən?
- Dəqiq deyə bilmərəm, bəlkə də şans verər. Qurban müəllimin bir xasiyyəti var ki, 18 futbolçuya eyni gözlə baxır. Hər kəsin eyni gücdə məşq etməsini istəyir və hər an meydana buraxacağını deyir. Buna görə də komandanın bütün oyunçuları - fərq etməz əsas heyətin daim üzvü və yə ehtiyat oyunçu - daim hazırlıqlı olmağa çalışır.
- Avroliqanın sonuncu təkrar görüşündə “Streymur”u məğlub edə bilməməyiniz “Qarabağ”ın “Brügge” səddini keçməsinə ümidləri azaltdı.
- “Streymur”la oyun çətin keçdi. Mən belə antifutbol, qorxaq oynayan komanda görməmişdim. 11 futbolçuyla arxaya çəkilərək qorxaq oyun göstərmək futbolun gözəlliyinə xələl gətirir. Biz də öz növbəmizdə axıra qədər hücum etsək də, rəqibi məyus edə bilmədik. Bizim üçün ən əsas mərhələ adlamaq idi ki,bunun da öhdəsindən gəldik. Rəqib yalnız aut zamanı bir az təhlükə yaradırdı.
- “Brügge” ilə ilk oyunun səfərdə olması “Qarabağ”ın şanslarını azaldır, yoxsa?
- Səfərdəki oyundan çox şey asılı olacağını biz də yaxşı bilirik. Ancaq unutmaq lazım deyil ki, “Qarabağ”ın heyəti oturuşmuş və mübariz futbolçulardan ibarətdir. Biz də öz növbəmizdə səfərdə qol vurmağa çalışmalıyıq ki, təkrar görüşdə mərhələ keçmək şanslarımız çox olsun. İnşallah, bunun da öhdəsindən gələrik.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı