"Qarabağ"ın oyunu canlı yayımlanacaqmı?

"Qarabağ"ın oyunu canlı yayımlanacaqmı?
ÖLKƏ FUTBOLU 25 İyul 2011 / 12:14 4201
-  A +

Avroliqanın III təsinfat mərhələsi çərçivəsində səfərdə Belçikanın "Brügge" klubu ilə qarşılaşacaq "Qarabağ"ın oyunu canlı yayımlanmaya bilər.

Bu barədə Qol.Az-a açıqlamasında "Qarabağ" klubunun icraçı-direktoru Əmrah Çəlikəl məlumat verib.

Klub rəsmisi matçın canlı yayımlanmasının məhz qarşı tərəfdən asılı olduğunu bildirib. Çəlikəlin sözlərinə görə, bu oyuna Belçikada maraq azdır və hələ ki heç bir telekanal bu çəkilişi öz öhdəsinə götürməyib.

Əgər hər hansı bir telekanal tərəfindən çəkiliş aparılarsa, o zaman matçın Azərbaycanda da yayımlanmasında problem olmayacaq.

Qeyd edək ki, "Brügge" - "Qarabağ" oyunu iyulun 28-də Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Daha çox


Son xəbərlər