Qalmaqal! «Brügge»nin azarkeşləri aləmi bir-birinə vurdular (VIDEO)

Qalmaqal! «Brügge»nin azarkeşləri aləmi bir-birinə vurdular (VIDEO)
ÖLKƏ FUTBOLU 24 İyul 2011 / 15:15 3084
-  A +

Avropa Liqasında «Qarabağ»ın rəqibi olan Belçikanın «Brügge» komandasının dünən Hollandiyanın «Roda» klubuyla keçirdiyi yoldaşlıq görüşündə qalmaqal baş verib.

Qol.az-ın Belçika mətbuatına istinadən yadığı xəbərə görə, «Brügge»nin bir qrup xuliqan azarkeşi stadionda çaxnaşma yaratmağa cəhd göstərib. Oyunun gedişatı zamanı belçikalı azarkeşlər meydançaya müxtəlif əşyalar atıblar. Bu səbəbdən matç dayandırılmalı olub.

Daha sonra isə onlar kütləvi şəkildə meydana axışıblar və rəqibin azarkeşləri ilə dava salmaq istəyiblər. Vəziyyətin dramatikləşdiyini görən «Brügge»nin futbolçuları təhlükəsizlik xidmətinin əməkdaşlaryla birgə azarkeşləri sakitləşdirməyə çalışıblar.

Yalnız bundan sonra onlar tribunaya qayıdıb və matç davam etdirilib. Baş verən hadisəyə görə «Brügge» rəsmiləri rəqib komandadan üzr istəyib və hadisəni törədən şəxslərin məhkəmə önünə çıxarılacağına inamını ifadə edib.
Qeyd edək ki, Hollandiyada baş tutan bu qarşılamaşdakı insidentə görə «Roda»nı stadionuna ziyan dəyib, tribunalarda oturacaqlar sındırılıb. «Brügge» dəyişmiş ziyanının ödəniləcəyini bəyan edib.


Daha çox


Son xəbərlər