"Qarabağ" klubunun hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- İlk öncə Avroliqanın II təsnifat mərhələsi çərçivəsində "Streymur"a qarşı Bakıda keçirdiyiniz cavab görüşü haqda fikirlərini öyrənək. Səncə, bu oyunda qələbəyə nə mane oldu?
- Rəqibimiz çox qəliz komanda idi. Səfərdə 1:1 olmasına baxmayaraq, Bakıda təxminən 8-9 nəfərlə müdafiə olunurdular. Təbii ki, belə komandaya qarşı oynamaq hər zaman çətin olur. Ancaq qalib gələ bilməsək də, əsas odur ki növbəti mərhələyə vəsiqə qazandıq. Artıq bu oyunu unudub "Brügge" haqda düşünürük.
- Həmin oyunda hücumda bir qədər zəif təsir bağışladın. Bu nə ilə əlaqədar idi?
- Bakıdakı oyunda çox yaxşı oynadıq. Lakin dediyim kimi, rəqibimiz çox sıx oynadığından müdafiəni yarmaq çətin olurdu. Bununla belə, bir neçə qol imkanımız olsa da, yararlana bilmədik. Ümid edirəm ki, "Brügge" ilə oyunda daha aktiv olacağam.
- Bilirsən ki, növbəti mərhələdəki rəqibiniz Belçikanın "Brügge" komandasıdır. Təbii ki, "Brügge" "Streymur" deyil. Bu oyun haqda nə düşünürsən?
- Əlbəttə, "Brügge" digər rəqiblərimizdən çox fərqlənir. Onlara qarşı oyun heç də asan olmayacaq. Lakin biz də zəif komanda deyilik. İstənilən komandaya qarşı sonadək mübarizə aparırıq. İnşallah bu mərhələni də uğurla adlayarıq. Bunun üçün isə ilk növbədə Belçikadan sərfəli nəticə ilə qayıtmalıyıq. İnanıram ki, hər şey istədiyimiz kimi olacaq.
- Rəqib haqda hər hansı bir məlumatın var?
- Onu bilirəm ki, Belçikanın güclü klublarından biridir. Son olaraq "Brügge"nin "Bayer" (Leverkuzen) klubu ilə keçirdiyi yoldaşlıq matçını izləmişəm. Çox sürətli və təcrübəli oyunçuları var. Atletik futbola üstünlük verirlər. Bu isə o deməkdir ki, səfərdə işimiz çox çətin olacaq.
- İlk oyunun səfərdə və ya evdə keçirilməsinin sənin üçün fərqi varmı?
- Bu tip yarışlarda ilk oyunu səfərdə keçirmək böyük üstünlük sayılır. Lakin mənim üçün heç bir fərqi yoxdur. Onsuz da hər iki meydanda oynamalısan. "Qarabağ" bütün oyunlara yalnız qələbə üçün çıxır.
- Artıq xəbərin var ki, avqustun 6-da Azərbaycan Premyer Liqasının oyunları start götürəcək. "Qarabağ" yenə də ötən mövsüm olduğu kimi ilk turda "Neftçi" ilə qarşılaşacaq. Çempionatın başlaması "Qarabağ"ın avrokubolardakı oyununa mənfi təsir göstərməyəcək ki?
- Əlbəttə, hər iki oyun bizim üçün vacibdir. Lakin hələlik biz yalnız "Brügge" ilə oyun haqda düşünürük. Bununla belə, çempionata da hazır olmalıyıq.
- Ötən mövsüm "Neftçi" ilə keçridiyiniz ilk oyunda komandanın aparıcı futbolçusu Əfran İsmayılov zədələnərək 6 aylıq sıradan çıxmışdı. Bu dəfə də "Neftçi" ilə qarşılaşmağınız qorxutmur ki?
- Bəli, ötən mövsüm də "Neftçi" ilə qarşılaşmışdıq. Həmin oyundan sonra "Qarabağ" böyük itki ilə üzləşmişdi. Lakin biz hər iki oyunda özümüzü qorumağa çalışacağıq. İnşallah bu dəfə belə bir şey baş verməz.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı