«Xəzər Lənkəran» klubunun vitse-prezidenti Tuyqun Nadirovun Qol.Az saytına müsahibəsi
- Dünən klub rəhbərliyinin toplantısında legioner və bir sıra yerli futbolçularla yolları ayırmaq qərarı verdiniz. Bu, hansı zərurətdən irəli gəlib?
- Bildiyiniz kimi buna qədər «Xəzər Lənkəran»ın büdcəsinin 80 faizi əsas komandaya, 20 faizi uşaq futboluna yönəldilirdi. İndi isə tam əksinə olacaq: vəsaitin 80 faizi uşaq futboluna, 20 faizi isə əsas komandaya xərclənəcək. Bu qərarı verməkdə məqsədimiz odur ki, legionerlər bəzən öz işlərinə məsuliyyətsiz yanaşırlar, pulu aldıqdan sonra başqa yerə qaçır, problemlər yaradırlar. Bu mənada, fikirləşdik ki, nə vaxta qədər pulumuzun böyük hissəsini legionerlərə xərcləyəcəyik?
Qeyd edim ki, bu fikir birdən-birə formalaşmayıb. Biz türkiyəli Cüneyt Biçəri bir neçə ay əvvəl məhz bu məqsədlə komandamıza dəvət etmişdik. Cüneyt Biçər bizim uşaq futboluna nəzarət edir. Neçə vaxtdır «Xəzər Lənkəran»da uşaq futboluna diqqət artırılıb.
Sadəcə olaraq, əgər komandamız Avropada mərhələ adlasaydı, o zaman biz bu heyətlə yolumuza davam edəcəkdik. Uğursuzluq olandan sonra isə çoxdan fikirləşdiyimiz addımı tətbiq etmək qərarına gəldik.
Artıq dediyim kimi, bundan sonra «Xəzər Lənkəran» əsas diqqəti uşaq futboluna yönəldəcək və 2-3 il sonra da bu komandadan yaxşı uğur gözləyəcəyik. Elə edəcəyik ki, «Xəzər Lənkəran»ın bazası güclü olsun.
- Rumıniyalı baş məşqçiniz Mirça Rednikin istefası qəbul olunub?
- Yox, biz Redniklə vidalaşmamışıq. Onun işindən də razıyıq. O, bir il ərzində çətinliklərə baxmayaraq - söhbət əsasən, hakimlər tərəfindən bizə qarşı təzyiqlərdən gedir - komandanı ikinci pilləyə yüksəldə, kuboku qazana bildi. Nəticədə «Xəzər Lənkəran» Avropada oynamaq hüququ əldə etdi. Rəhbərlik Rednikin işindən razıdır.
- Elə isə Rednik niyə getdi? Belə məlumat yayılıb ki, yerli futbolçulara üstünlük verməyinizlə bağlı qərar onu qane etməyib.
- Məsələ belədir: o bildirir ki, klub birdən-birə iddialı olmursa, o zaman bundan sonra nələr baş verəcək. Amma o qədər klub var ki, 2-3 ildir əcnəbilərlə işləyir, amma nəticə vermir. Biz hesab edirik ki, yerli gənc futbolçularla işləmək lazımdır.
- Hər halda, Rednik «Xəzər Lənkəran»da qalır, yoxsa?
- Biz onu saxlamaq istəyirik, amma özü tərəddüd edir. İndi futbolçularla bağlı məsələni də düşünürük. Onlardan bəziləri transferə çıxarılacaq, bəzilərinə sərbəst transfer hüququ veriləcək.
- Komandadan bütün legionerlər göndəriləcək?
- Bəli.
- Bəs, yerli futbolçlardan kim qalacaq?
- Hələlik, bu məsələ müəyyənləşməyib. Hər şey baş məşqçinin qərarından asılı olacaq.
- Hər halda çempionatın başlamasına iki həftədən bir qədər çox vaxt qalıb. Heyəti toplamaq sizin üçün çətinlik yaratmayacaq?
- Problem olmaz. Lazım olsa, əvəzedici heyətdən də futbolçu gətirəcəyik. Baş məşqçi qərarını verəndən sonra heyəti toplamaqda çətinlik yaranmayacaq.
- Bu gün mətbuatda Mirça Rednikin əvəzinə türkiyəli Cüneyt Biçərin gətiriləcəyi xəbəri yayılıb.
- Aydın məsələdir ki, Biçər «Xəzər Lənkəran»da idman direktorudur, uşaq futbol akademiyasına rəhbərlik edir. Bizim klubda uşaq futbolunda axsama olduğu üçün Biçəri gətirdik.
Hər halda, dediyimiz kimi, biz Redniklə işləmək istəyirik. Əgər o bizimlə çalışmağa razılıq verməsə, o zaman yeni baş məşqçiylə bağlı qərarı klubumuzun prezidenti verəcək.
- Redniklə bağlı məsələ konkret nə vaxt dəqiqləşəcək?
- Gələn həftə Bakıya gələcək, oturub, danışacağıq. Hər halda biz onu da anlayırıq. «Makkabi» uğursuzluğundan sonra Rednikdə gərginlik vardı. Əziyyət çəkib işləyib, bəzi legioner futbolçular isə öz oyunu ilə onu pis vəziyyətə qoydu.
- Yəqin ki, növbəti çempionatda hədəflərinizdə dəyişiklik olacaq.
- Dünən oyundan sonra toplantımız keçirildi. Orada klubun prezidenti bildirdi ki, bundan sonra əsas məqsəd bütün gücü uşaq futboluna yönəltməkdir. Biz bundan sonra özümüz futbolçu yetişdirmək və komandamıza yerli gənc futbolçuları cəlb etmək istəyirik.
- Belə başa düşdük ki, siz də «Qarabağ»ın bir neçə il əvvəl tətbiq etdiyi modelə üstünlük verəcəksiniz?
- «Qarabağ»ın addımı bəhrəsini verir, biz də strategiyamızı buna uyğun quracağıq. Amma bu, qətiyyən o anlama gəlməməlidir ki, büdcəni azaldırıq. Dediyim kimi, büdcəmiz olduğu kimi qalacaq, sadəcə, indi əsas vəsait uşaq futboluna yönəldiləcək.
- Dedikləriniz həm də bu anlama gəlirmi ki, «Xəzər Lənkəran» növbəti mövsümdə mükafatçılar sırasına düşməsə, bu, komanda üçün uğursuzluq sayılmayacaq?
- Hər halda, bizim klubun layiqli bir adı var. Biz başa düşürük ki, o ada layiq oynamaq lazımdır. Yeni futbolçular da komandamızı layiqli şəkildə təmsil etməlidirlər.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi