Ramin Musayev: «Mənsimovun fikri «Qarabağ»ın yanında qalmışdı»

Ramin Musayev: «Mənsimovun fikri «Qarabağ»ın yanında qalmışdı»
ÖLKƏ FUTBOLU 22 İyul 2011 / 18:42 4597
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev dünən «Xəzər Lənkəran» və İsrailin «Makkabi» klubları arasında keçirilmiş oyunla bağlı fikirlərini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, bu gün keçirilən ölkə çempionatının püşkatma mərasimində o bildirib ki, matçı «Xəzər Lənkəran»ın prezidenti Mais Mənsimovla birgə izləyib.

«Xəzər Lənkəran»ın oyunu şəxsən məni qane etmədi. Hesab edirəm ki, əgər «Xəzər Ləkəran»ın ötənilki heyəti qalsaydı, «Makkabi»ni keçmək olardı» - deyən PFL prezidenti komandadan legionerlərin göndərilməsilə bağlı klub rəhbərliyinin verdiyi qərara hörmətlə yanaşdığını söyləyib: «Bu, onların qərarıdır. Onu deyə bilərəm ki, Mais Mənsimovun fikri dünən «Qarabağ»ın yanında qalmışdı. Tez-tez soruşurdu ki, görəsən, «Qarabağ»ın oyununda hesab neçədir. «Xəzər Lənkəran»ın oyunu Mais Mənsimovu da qane etmirdi. O bildirdi ki, öz komandasında köklü dəyişiklik edəcək».

R.Musayev bildirib ki, Mais Mənsimov «Xəzər Lənkəran»ın yeni baş məşqçisinin yerli mütəxəssis olmasını istəyir.

PFL prezidenti qeyd edib ki, ola bilsin, «Xəzər Lənkəran» legionerlərin hamısıyla yolları ayırmasın.

Daha çox


Son xəbərlər