“Qarabağ”ın kapitanı Rəşad Sadiqov Avropa Liqasında Farer adalarının “Streymur” klubuna qarşı keçirilən oyunla bağlı Qol.Az saytına müsahibə verib
- Komandanız dünən nə qədər hücum etsə də, qol vura bilmədi. Səncə, niyə?
- Dünən komanda yoldaşlarımın hamısı yaxşı oyun nümayiş etdirdi. Bütün 90 dəqiqəni hücumda keçirsək də, istəyimizə nail ola bilmədik. Bilirsiniz müdafiəni tam boş qoyub bütöv komandayla hücuma keçmək, bir qədər qorxuludur. Bir də səfərdə qələbə qazana bilməməyimiz uşaqlarda hardasa stressə səbəb olmuşdu. Düzdü, mərhələni adlayaraq, ən əsas vəzifəmizin öhdəsindən gəlməyi bacardıq. Lakin doğma azarkeşlər önündə qələbə qazanmaq lap möhtəşəm olardı.
- İlk hissə başa çatana kimi, “Qarabağ” sürətli hücumlar təşkil etsə də, ikinci yarı bir qədər zəif təsir bağışladı.
- Bu, məşqiçimizin taktikası idi. Çünki birinci hissədə biz daim hücumlar təşkil edirik, rəqib isə 11 nəfərlə müdafiə olunurdu. Biz də bir qədər arxaya çəkildik ki, “Streymur”lu futbolçular irəli atılsınlar ki, onları əks-hücumda yaxalayaq. Ancaq onlar sırf müdafiə taktikası seçmişdilər. Oyunun sonlarına yaxın qapımızı toxunulmaz saxlayaraq nəticə qazanmağı düşünürdük. Ancaq çox təəssüf ki, azarkeşləri qələbəylə sevindirə bilmədik.
- Rəqibin yaratdığı ən təhlükəli vəziyyət autlar zamanı olurdu. Səfərdə belə vəziyyətdən qol buraxmışdınız. Evdə də az qala bu aqibəti yaşayacaqdınız.
- Bəli, doğrudur. Rəqib öz meydanında 92- ci dəqiqədə bizi məyus etmişdi. Bakıda da az qala bu səhvi buraxacaqdıq. Amma qapıçımız Pavloviç yaxşı oynadı. Həmin anda nə hisslər keçirdik, onu sözlə demək çətindir. Mərhələ adlamağı həddindən artıq çox istəyirdik. Mən deyərdim ki, bunun üçün alışıb yanırdıq. Əgər son dəqiqələrdə qol buraxsaydıq, bəlkə də komanda ən azı iki ay özünə gələ bilməzdi.
- Bilirsiniz ki, növbəti rəqibiniz Avropa turnirlərinin daimi iştirakçısı olan Belçikanın “Brügge” klubudur. Bu klub haqqında hansı bilginiz var?
- Açığı, hələ dərindən məlumat toplamamışıq. Ancaq bilirik ki, yoldaşlıq görüşündə Almaniyanın “Bayer” klubunu 2:1 hesabı ilə məğlub ediblər. Bir də axırıncı dörd ildə Avropa turnirlərinin qrup mərhələsində çıxış ediblər. Ona görə də bu komandadan ehtiyat edirik. Avropa Liqasında mübarizədən kənarda qoyduğumuz “Rusenborq” və “Visla” kimi komandalardan daha üstün futbol nümayiş etdirir. Güclü olmalarına baxmayaraq, çalışacağıq ki, qələbə qazanaraq mərhələ adlayaq. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Səfərdəki ilk oyunda hansı nəticə sizin üçün məqbul sayıla bilər?
- Acığı, səfərdə məğlub olsaq, mərhələ adlamaq çox çətin olacaq. Biz ilk oyundan sərfəli nəticəylə və ya qollu heç-heçə ilə qayıtsaq, burada qapalı oynayıb onları əks hücumlarda cəzalandıra bilərdik. Çünki komandamızın əsas silahı əks hücumlar sayıldığını desəm yanılmaram. Ancaq hər şeyin bizim üçün yaxşı olacağını düşünürük və növbəti oyunlarda da “Qarabağ” azarkeşlərini sevindirməyə çalışacağıq.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı