Mübariz Mənsimov «Xəzər Lənkəran» rəhbərliyini İstanbula çağırdı

Mübariz Mənsimov «Xəzər Lənkəran» rəhbərliyini İstanbula çağırdı
ÖLKƏ FUTBOLU 22 İyul 2011 / 11:59 3436
-  A +

«Xəzər Lənkəran»ın vitse-prezidenti Tuyqun Nadirov və rəisi Səməd Mustafayev komandada baş verən son olaylarla əlaqədar bu gün İstanbula yola düşüblər.

Klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev Qol.Az-a bildirib ki, səfər zamanı Tuyqun Nadirov və S.Mustafayev «Xəzər Lənkəran»ın fəxri prezidenti Mübariz Mənsimovla görüşəcək.

Qeyd edək ki, Avropa Liqasının ikinci təsnifat mərhələsində mübarizəni
dayandıran «Xəzər Lənkəran» artıq bütün legionerlərlə yolları ayırmaq qərərı verib. Bundan başqa bir neçə yerli futbolçunun da komandadan göndəriləcəyi gözlənilir. 

Bütün bunlarla bağlı ən son qərarı Mübariz Mənsimov verəcək.

Daha çox


Son xəbərlər