«Mən ki, azərbaycanlıyam. Onun bütün zarafatları qarpız barədə olurdu» (MÜSAHİBƏ+VİDEO)

«Mən ki, azərbaycanlıyam. Onun bütün zarafatları qarpız barədə olurdu» (MÜSAHİBƏ+VİDEO)
ÖLKƏ FUTBOLU 21 İyul 2011 / 18:19 3829
-  A +

Hazırda Rusiyanın "Spartak" klubunda çıxış edən azərbaycanlı Emin Mahmudov "NTV plyus" telekanalının «Futbolnıy klub» veriliinə müsahibə verib. Qol.Az-ın məlumatına görə, müsahibədə gənc futbolçu bir sıra məraqlı məqamlara toxunub. Müsahibəni kiçik ixtisarla təqdim edirik.

- Deyəsən, Moskva sənin xoşuna gəlir.

- "Spartak"ın heyətinə keçdiktən sonra mən Moskva ətrafında yerləşən Mıtişax bölgəsinə köçdüm. Bura həm klubun bazasına yaxındır həm də, saatlarla tıxacda vaxtını itirməmək üçün əlverişli yerdir. Həmçinin mənim kirayədə yaşadığım ev dostum Vadik Evseyevin mənzilidir. Hər ay kirayə haqqının ödəmə vaxtı gələndə biz onunla görüşürük.

- Siz onunla çoxdan tanışsınız?

- Əlbəttə. Mən "Saturn"da çıxış edən vaxtdan onunla münasibətim var. O, çox zarafatçıl oğlandır. Mənimlə də tez tez zarafat edirdi.

- Necə?

- Mən ki, azərbaycanlıyam. Onun bütün zarafatçıl sözləri qarpız barədə olurdu. Ancaq mən bundan incimirdim. Biz onun yumor hissinə öyrəşmişdik. Hər zaman onu görəndə mənim gülməyim gəlir.

- Sənin uşaqlıq illərin Azərbaycanda keçib?

- Mən orada 3 yaşıma kimi yaşamışam. Atam Rusiyada işlədiyi üçün bizim üçün orada yaşamaq çətin idi və sonradan biz Rusiyaya köçdük. 6 yaşımda mən futbola yazıldım. 5 ildən sonra isə "Master Saturn" məktəbinə keçdim.

- Ora necə qəbul oldun?

- Məni ora məşqçim apardı. Bazanın tikintisi davam etdiyi üçün hamı ora düşməyə can atırdı. Ancaq mənim bəxtim gətirdi. Bunun üçün məşqçimə təşəkkür edirəm. Daha sonra isə "Saturn" klubunun əvəzedici heyətinə düşdüm. Ancaq zədələnsəm də bərpa prosesindən sonra əsas heyətə qəbul olundum.

- Sən hansı milli komandanın heyətində çıxış etməyi düşünürsən: Rusiyanın, yoxsa Azərbaycanın?

- Hələ ki, bu haqda yekun qərarımı verməmişəm. Çətin seçim qarşısında qalmışam.

- Sən ki, artıq Rusiyanın gənclərdən ibarət yığmasında çıxış etmisən.

- Bəli. Mən həmişə Rusiyanın gənclərdən ibarət yığmasında oynamışam. Yalnız bir dəfə Azərbaycan üçün oynamışam. Aşağı yaş qrupunda buna icazə verilir.



Daha çox


Son xəbərlər