«Neftçi» klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu son vaxtlar komandalarına yönələn ittihamlarla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- «Neftçi»nin Çempionlar Liqasında «Dinamo»yla oyunlardakı uğursuzluğundan sonra mətbuatın klubunuzla bağlı tənqidləri səngimək bilmir. Bu tənqidləri qəbul edirsiniz?
- Dediyiniz kimi, son uğursuzluqdan sonra komandamızın adı ətrafında müxtəlif fikirlər səslənir. Biz haqlı, sağlam tənqidi həmişə qəbul etmişik.
Son günlər isə futboldan başı çıxan da, çıxmayan da «Neftçi»yə qarşı hücuma keçib. Buna sözümüz yoxdur.
Amma istəyirəm ki, 20 il mətbuatda çalışan bir insan kimi, bir vaxtlar özlərini bizə dost və qardaş kimi göstərib, bu gün isə yaxılanı «baltayanlara» cavab verim.
Əlbəttə, uğursuzluğa görə kimsə özünü kənara çəkmir, məsuliyyəti üzərindən atmır. Şəxsən, «Neftçi»nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri kimi bu uğursuzluqda mənim də payım var. Amma bu yazılara diqqətlə baxanda görürsən ki, heç də hamısı insafla qələmə alınmayıb. Yəni «Dinamo» elə bir rəqibdir ki, öz meydanında «Milan»la, «Borussiya» ilə başabaş səviyyədə mübarizə aparmaq gücündə olan komandadır. Hər halda, bu iki komanda Zaqrebdə böyükhesabla qələbə qazana bilməzlər.
- Amma razılaşın ki, klubunuzu tənqid edən mətbuat da haqsız deyil.
- Təbii. Dedim axı, biz sağlam tənqidi qəbul edirik. Hərçənd, məni bir məsələ də düşündürür: Çempionlar Liqasındakı ilk oyun öncəsi «Neftçi» komandasına kimdən dəstək gəldi? Haradıydı indi belə fikirləri səsləndirənlər? Niyə bizi ruhlandırmırdılar? Elə bil çoxları bunu gözləyirmiş ki, «Neftçi» böyük hesabla məğlub olsun və ondan sonra komandanı «baltalamağa» başlayaq. Baxın, bəzi media orqanları hələ oyunlardan əvvəl «Neftçi»nin mərhələni adlaya bilməyəcəni deyirdi. Bizi ruhlandıran yazılara, təhlil xarakterli materiallara rast gəlmədik.
Mən indi bizi «baltala yanlar» üçün olmuş bir hadisə barədə danışmaq istəyirəm. Bilirsiniz ki, «Neftçi»ylə oyundan əvvəl «Dinamo»nun düşərgəsində müəyyən gərginlik vardı. Azarkeşlər məşqçi dəyişikliyinə görə rəhbərlikdən narazı idilər, komandadan üz döndərmişdilər. Amma «Neftçi» ilə oyun günü stadion ağzınadək tamaşaçıyla doldu.
«Dinamo»dan üz döndərdiyini deyən həmin azarkeşlər, media, Xorvatiya xalqı birləşərək komandalarının bu böyük hesablı qələbəsinin təməlini qoydular. Bizdə isə isə tam əksini gördük.
Bir daha deyirəm, məğlubiyyət varsa, buna görə hər kəs məsuliyyətini başa düşür. Amma bəziləri şəxsi mövqelərindən çıxış edərək nə gəldi yazırlar. Biri yazır ki, «Neftçi»də gənc futbolçulara şans verilmir. Axı, belə deyil. Məgər, «Dinamo»yla matçda meydanda olan Cavid Hüseynov, Ruslan Abışov, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Ruslan Əmircanov gənc deyillər? Məgər, Premyer Liqa oyunlarında ən çətin və mərkəzi görüşlərdə «flaqman»ın heyətində meydana çıxan bizim gənc futbolçular deyildimi?
Məgər, Türkiyə, İngiltərə klublarına transfer olunan futbolçular «Neftçi»nin gənc yetirmələri deyilmi? Axı, belə yazı yazanlar cəmi bir il əvvəl «Neftçi»nin «Qarabağ»la oyununda 11 yerli futbolçuyla meydana çıxdığını fərəhlə qeyd etmirdilərmi? Bəs indi nə oldu? Bəli, biz öyrəşmişik ki, yıxılanı «baltayalaq». Amma əgər «Neftçi» bu gün Zaqreb uğursuzluğuna düçar olubsa, gəlin, ondan yazaq, səhvləri göstərək, gələcəkdə belə səhvlərin edilməməsi üçün tövsiyələrimizi, mülahizələrimizi, fikirlərimizi bildirək.
- Elnur müəllim, son vaxtlar sizin adınız ətrafında da müəyyən söhbətlər dolaşmağa başlayıb. Xüsusilə iddia olunurdu ki, «Neftçi»dən istefaya göndəriləcəksiniz.
- Əgər bu gün mənim istefa verməyimlə «Neftçi haqda yanlış yazılar, təhqirlərin sayı azalacaqsa, onda mən elə bu dəqiqə getməyə hazıram, problem yoxdu. Amma həmin adamlar yazdıqlarına fikir versinlər. Görün, vəziyyət nə yerə çatıb ki, həmin o adamlar «Neftçi»ni «Qarabağ»la, «Xəzər Lənkəran»la üz-üzə qoyurlar. Yaddan çıxarmayın ki, bu klublar hamısı Azərbaycanı təmsil edir. «Qarabağ»ın, «Xəzər Lənkəran»ın uğuru həm də «Neftçi»nin uğurları deməkdir.
Bu fürsətdən istifadə edib bir məsələyə də münasibət bildirmək istəyirəm. «Neftçi» - «Dinamo» oyununun «İdman Azərbaycan» kanalında reportajını aparan şərhçi «Neftçi»nin ünvanına ağzına nə gəldi danışırdı. Amma bu insanlar başa düşməlidirlər ki, «Neftçi» Elnur Əşrəfoğlu demək deyil. Əgər mən 16 il çalışdığım bir kollektivdən getmişəmsə və bu gün orada çalışmıramsa, bunda «Neftçi»nin nə günahı var? Əgər bu insanların mənə sözü varsa, gəlib, kişi kimi üzümə desinlər. Daha 74 illik tarixi olan klubun məsələyə nə dəxli?
Şərhçinin dediyi fikirlərin 90 faizi yanlış idi.
AzTV-yə, həmin «İdman Azərbaycan» kanalına gətirdiyim bu adamlar indi stadionda məni görəndə qaçıb gizlənirlər. Onlara bunu demək istəyirəm ki, əgər sözünüz varsa, mənə deyin.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi