«Rusenborq»un futbolçusu: «Qarabağ»a məğlubiyyət bizə dərs olmadı»

«Rusenborq»un futbolçusu: «Qarabağ»a məğlubiyyət bizə dərs olmadı»
ÖLKƏ FUTBOLU 21 İyul 2011 / 13:30 2770
-  A +

2009-cu ildə «Qarabağ»ın sensasiyalı şəkildə Avropa Liqasından kənarda qoyduğu Norveçin «Rusenborq» klubu dünən Çempionlar Liqasının ikinci təmnifat mərhələsinin cavab oyununda gözlənilmədən İslandiya təmsilçisinə məğlub olub.

Qol.Az-ın məlumatına ilk oyunda "Breydablik"ə 5:0 hesabı ilə qalib gələn norveçlilər səfərdəki cavab matçında uduzsalar da (0:2), növbəti mərhələyə vəsiqə əldə ediblər.

Bununla belə, norveçlilər bu məğlubiyyəti həzm edə bilmirlər. 

«Rusenborq»un isveçli futbolçusu Rade Prica dünənki oyundan sonra Norveç mətbuatına verdiyi müsahibədə «Qarabağ»a iki il əvvəlki yenilgini yada salıb. «Təəssüf ki, belə görsənir, «Qarabağ»a məğlubiyyət bizə dərs olmayıb. Biz dünən islandlara uduzmamalıydıq. Ümid edirəm ki, bu mövsüm daha belə məğlubiyyətlər olmayacaq. Bunun üçünsə «Qarabağ» və "Breydablik" məğlubiyyətlərindən nəticə çıxarmalıyıq» - deyə Rade Prica bildirib.

Daha çox


Son xəbərlər