“Dinamo”nun futbolçusundan şok iddia: “Neftçi"nin qapıçısı mənə tüpürdü”

“Dinamo”nun futbolçusundan şok iddia: “Neftçi"nin qapıçısı mənə tüpürdü”
ÖLKƏ FUTBOLU 21 İyul 2011 / 12:34 2493
-  A +

“"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç oyundan əvvəl əynində “Srvena Zvezda”nın forması ilə bizim soyunub-geyinmə otağına gəldi və futbolçuları təhqir etməyə başladı. İlk olaraq “zərbə altında” Leko qaldı. Çünki o, Stamenkoviçin bu sözlərindən sonra onunla üzbəüz dayanmışdı. Ancaq klub rəsmiləri qalmaqal çıxmasın deyə, özlərini soyuqqanlı aparırdılar”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə cavab oyunundan sonra Xorvatiya mətbuatına açıqlamasında “Dinamo”lu futbolçular deyiblər.

Zaqreb təmsilçisinin müdafiəçisi Yerko Leko isə bütün bu olanlarla yanaşı, yerli jurnalistlərə şok açıqlamalar verib. Lekonun sözlərinə görə, “Neftçi”nin qapıçısı onun üzünə tüpürüb:

“Meydana çıxanda mən onun əlini sıxıb, barışmaq istədim. Amma o, əlini çəkərək, mənim üzümə tüpürdü. Sarı və ya qırmızı vərəqə görüb, növbəti oyunu buraxmamaq üçün, Saşanın cavabını vermədim. Sadəcə ona dedim ki, rahatlaşa bilərsiniz. Çünki siz bu oyundan sonra Avropanı görməyəcəksiniz. Bu barədə görüşün baş hakiminə məlumat verdim. Ola bilsin, bu görüntü kameralar tərəfindən də çəkilib. UEFA-nın Saşaya bu hərəkətinə görə cəza verəcəyi istisna deyil”.

Daha çox


Son xəbərlər