Bu gün Avroliqanın II təsnifat mərhələsinin oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, Çempionlar Liqasından fərqli olaraq Avroliqanın bütün görüşləri eyni gündə keçirilir.
Bu axşam cavab görüşlərinə çıxacaq təmsilçilərimiz - "Qarabağ" və "Xəzər Lənkəran" klubları "Neftçi" və AZAL-ın uğursuzluqlarını unutdurmağa çalışacaqdı. İlk öncə isə meydana "Xəzər Lənkəran" klubu çıxıb.
Lənkəran şəhər stadionunda İsrailin "Makkabi" klubunu qəbul edəcək Mirça Rednikin komandasını çətin oyun gözləyir. Səfərdə rəqibinə 1:3 hesabı ilə məğlub olan "Xəzər Lənkəran"ın evdə işi heç də asan olmayacaqdı.
Bununla belə, Lənkəran təmsilçisi doğma azarkeş amilindən maksimum yararlanaraq qələbə qazanmağa çalışsa da, bunun öhdəsindən gələ bilməyib. "Xəzər Lənkəran" növbəti mərhələyə adlamaq üçün "Makkabi"yə ən azı 2 cavabsız top vurmalı idi. Lakin tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb. Bununla da, daha bir təmsilçimiz Avroliqa ilə vidalaşıb.
Digər təmsilçimiz "Qarabağ"ın isə Tofiq Bəhramov adına Respublika stadionunda Farer adalarının "Streymur" klubunu qəbul edib. Lakin Qurban Qurbanovun komandasının vəziyyəti "Xəzər Lənkəran"a nisbətən daha yaxşı idi. Səfərdə rəqibi ilə 1:1-lik sülh bağlayan "Qarabağ" evdə rəqibini məğlub etmək istəyirdi.
Lakin oyunboyu üstün futbol nümayiş etdirən Qurban Qurbanovun komandası bu görüşdə fərqlənə bilməyib. Bununla belə. təmsilçimiz növbəti mərhələyə vəsiqə qazanıb. "Qarabağ" Avroliqanın III təsnifat mərhələsində Belçikanın "Brügge" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk oyun iyulun 28-də səfərdə, cavab görüşü isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
21 iyul
Avroliqanın II təsnifat mərhələsinin cavab görüşləri
21:00. “Qarabağ” – “Streymur” - 0:0
Hakimlər: Qoran Spirkoski, İqor Şirilov, Kiril Neqrieski, Petar Veljanovski (hamısı Makedoniya).
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya).
UEFA nümayəndəsi: Marinus Den Enqelsman (Hollandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ"ın start heyəti: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6.Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev,14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi
"Streymur"un start heyəti: 1. Rene Torqard, 2. Aleks dos Santos, 3. Pauli Hansen, 4. Gert Ade Hansen, 6. Petue Dam Yakobson, 7. Levi Hansen, 8. Eqil Bo (k), 11. Hans Pauli Samuelson, 14. Daniel Udsen, 22. Arnbyorn Hansen, 23. Leyf Niklasen
Ehtiyat oyunçular: 30. Yoan Paolo Yakobson, 5. Pol Qrunveit Olsen, 9. Arnat Dam, 10. Vasile Angel,
20:30. “Xəzər Lənkəran” – “Makkabi” - 0:0
Hakimlər: Andrey Şandor, Oleq Muravyov, Vladimir Volodin, Yaroslav Kozik (hamısı Ukrayna).
Hakim-inspektor: Nuno Kastro (Portuqaliya).
UEFA nümayəndəsi: Volf-Qanter Uyesel (Almaniya).
Lənkəran. Şəhər Mərkəzi stadionu
"Xəzər Lənkəran"ın start heyəti: 1. Kamran Ağayev (k), 3. Elvin Beqiri, 7. Katalin Doman (Julius Vobay, 50), 8. Eder Bonfim, 9. Tsaba Borbeli, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara, 16. Adrian Pit, 77. Marius Onofraş, 81. Rikardo Qomeş.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 2. Elnur Allahverdiyev, 5. Dieqo Qusmao, 10. Elnur Abdullayev, 18. Alim Qurbanov, 80. Joao Pinto, 84. Julius Vobay.
"Makkabi"nin start heyəti: 55. Qay Haimov, 2. Klemi Saban, 4. Nivaldo (k), 7. Gilyermo İsraileviç, 10. Haris Medunyanin, 13. Munas Dabbur, 14. Yoav Ziv, 16. Eliran Atar, 17. Savo Paviçeviç, 18. Mussa Kanate (Roberto Kolautti, 84), 25. Rafi Dahan.
Ehtiyat oyunçular: 1. Barak Levi, 6. Qal Alberman, 15. Dor Mixa, 21. Şeran Yeini, 23. Moşe Loqasi, 24. Roberto Kolautti, 32. Roy Kehat.
Baş məşqçi: Motti İvanir.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı