İyulun 22-də Peşəkar Futbol Liqası (PFL) XX Azərbaycan çempionatının püşkatma mərasimini keçirəcək. PFL prezidenti Ramin Musayev qarşıdakı püşkatma mərasimi, eləcə də bir vaxtlar vitse-prezidenti olduğu «Neftçi»nin Çempionlar Liqasındakı uğursuz çıxışıyla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Püşkatmada neçə komandanın iştirak edəcəyi dəqiqləşib?
- Bu günə olan məlumata görə, Premyer Liqada 12 komanda oynamalıdır. Sənədlə belədir. Amma son anda hər şey ola bilər. Bir neçə gün əvvəl «Muğan» klubu Peşəkar Futbol Liqasına müraciət edərək Premyer Liqada çıxışını dayandırdığını bildirdi.
Bundan sonra biz klublara müraciət etdik və ona ilk əvvəl «Simurq» cavab verdi. Zaqatala klubunun da müraciətini ona görə müsbət cavablandırdıq ki, onların həm gözəl bazası var, həm gözəl oyunçular, həm də yaxşı məşqçi gətiriblər. Ən əsası isə maddi durumları Premyer Liqada iştirak etməyə imkan verir və «Simurq» bölgəni təmsil edir. Bildiyiniz kimi, Bakıda kifayət qədər komanda var. Ona görə də biz bölgələrdə də futbolun inkişafında maraqlıyıq.
- Bayaq dediniz ki, püşkatmaya qədər hər şey ola bilər. Belə başa düşdüm ki, çempionat 12 komanda olmadan başlaya bilər?
- «Kəpəz» klubunda problemlər yaranıb. Bu gün klubun prezidenti Elmir Əliyevlə telefon danışığım oldu. Aydın oldu ki, çətinlikləri yaranıb.
- Belə çıxır ki, «Kəpəz» çempionatda oynamayacaq?
- Onlar hələlik bununla bağlı bizə rəsmi məktub göndərməyiblər.
- Hər halda püşkatmaya cəmi iki gün qalıb. «Kəpəz»in yarışda iştirak etmək ehtimalı nə qədərdir?
- Hələlik bu haqda nəsə deyə bilmərəm. Elmir Əliyev bildirdi ki, sponsor klubu maliyyələşdirməkdən imtina edir.
- Birdən «Kəpəz» çempionatda oynamadı, onu kimsə əvəz edəcək? Alternativ komanda var?
- Yox. Belə olsa, yəqin ki, yeni çempionatda 11 komanda iştirak edəcək.
- Əvvəl «Abşeron» dağıldı, sonra «Muğan» çempionatda iştirakını dayandırdı, indi isə belə çıxır ki, «Kəpəz» də Premyer Liqada oynamayacaq. Nə baş verir?
- Bütün bunlar onların maddi durumları ilə bağlıdır.
- Bəs, PFL özü bununla bağlı sponsorla danışıbmı?
- Söhbət edirik, amma effekti olmur. Bilirsiniz, kimsə məşqçi, futbolçu qıtlığından şikayət edə bilər, bu məsələdə yardım etmək çətin deyil. Amma özünüz də bilirsiniz ki, sponsora təsir etmək olmur.
- Dünən bir vaxtlar vitse-prezidenti olduğunuz «Neftçi» Çempionlar Liqasında mübarizəni dayandırdı. Sabiq komandanızın çıxışları barədə fikirləriniz necədir?
- Dünənki oyun bir komanda kimi nə «Neftçi»nin, nə də onun oyunçularının adına uyğun idi. Məni bir şey düşündürür. Komandanın 7 nömrəli futbolçusu Rodriqinyo zədələnib çıxandan sonra elə bil bütün oyunun ritmi pozuldu. Belə başa düşürəm ki, komandanın oyunu bu futbolçunun üzərində qurulmuşdu və onun zədələnərək meydanda çıxması planları pozdu. Bütün bunlara baxmayaraq, məşqçi özü üçün ehtiyat plan seçməli idi. Dünən meydana çıxan 11 oyunçunun hər biri zədə ala bilərdi. Bunu məşqçi əvvəlcədən görməli idi. O, buna hazır olmalıydı. Təəssüf ki, buna görmədik.
- Dünən azarkeşlər baş məşqçi Arif Əsədovu istefaya çağırdılar. Bunu haqlı sayırsınız?
- Mən istefa şüarını doğru hesab etmirəm. Hər halda həm futbolçu, həm də məşqçi növbəti mərhələyə keçmək istəyirdi. Kim istəməzdi ki, mübarizəni davam etdirsin, qələbə qazanmasın?!
Hər halda oyun zamanı belə şüarları məqbul saymıram. Bu, həm məşqçiyə, həm də futbolçuya psixololoji tərəfdən təsir göstərir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi