“Neftçi”nin dünənki oyunu ilə bağlı çox şeyə deyə bilərəm. Onlar klubun prezidenti Sadıq Sadıqovun zəhmətini yerə vurdular. Çox təəssüf ki, o futbolçular “Neftçi”nin formasını geyinirlər. Onlara ayıb olsun ki, oyun oynamaq əvəzinə, başqa işlərlə məşğuldurlar. Nə səfərdə oynadılar, nə də evdə. 180 dəqiqənin cəmi 35 dəqiqəsini oynadılar”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Neftçi”nin veteran futbolçusu Maşalla Əhmədov deyib. “Neftçi” – “Dinamo” oyunu ilə bağlı fikirlərini bildirən veteran futbolçu “ağ-qaralar”ın oyunçularını kəskin şəkildə tənqid edib:
“Neftçi” heç vaxt belə komanda olmayıb. Bəzi futbolçulara ümidimiz var idi. Heç onlar da özlərini doğrulda bilmədilər. Meydanda biz tərəfdən mübarizə deyilən şey yox idi. Mən bunu görmədim. Onlar meydana udmaq üçün çıxmamışdılar. Sanki Azərbaycanda yox, Xorvatiyada oynayırdılar. Meydana da uduzmaq üçün çıxmışdılar. Fikirləri ancaq bu idi. Bunlar elə oynayırdılar ki, sanki səfərdə 4:0 hesabı ilə udublar, indi də evdə “Qarabağ” kimi meydana çıxıb, 3:0 hesablı qələbə qazanacaqlar. Amma meydanda neynədiklərini başa düşmək olmurdu.
Heyf, çox heyf. Bu mərhələni keçə bilərdilər. Sadəcə, bir az “Neftçi” gücünü ortaya qoya bilsəydi, bəlkə də hər şey fərqli olardı. Amma bizim futbolçular çempionatda oynadıqları oyunun 15 faizini dünən oynamadılar. Çünki bacarmadılar. Uşaq məktəbi qurtarıb, universitetə daxil olur. Burda sadəcə qalır oxumaq. Futbolçular da onun kimi. Bura qədər gəlib çıxmısansa, oyna da. Amma Allah bilir, onlar nə işlə məşğuldular. Mənim onlara deməyə sözüm yoxdur.”
Azarkeşlərin istefa şüarlarına münasibət bildirən Əhmədov “Neftçi”nin baş məşqçisi Arif Əsədovla bağlı isə bunları deyib:
“Arif Əsədov baş məşqçidir. “Neftçi”nin oyununa görə o, cavabdehdir. Komanda belə oynayandan sonra Əsədov haqqında necə yaxşı söz demək olar? “Dinamo” ilə birinci dəfə deyil ki, oynayırıq. Bundan əvvəl 2007-ci ildə “Xəzər Lənkəran” oynayıb onlara qarşı. Evdə də qol vurmuşuq, səfərdə də. Gör iş nə yerə çatıb ki, azarkeşlər istefa qışqırırdılar. Amma mən belə düşünürəm ki, istefa veriləsi vaxt deyil. Əsas odur ki, səhvlərimizdən nəticə çıxaraq. Çətinlik görə-görə yaxşı yerlərə gəlmək olar. 6 ildən sonra “Neftçi” çempion oldu. Sadıq müəllim çox əziyyət çəkdi”.
“Neftçi”nin sabiq üzvü futbolçularımızda mübarizə ruhunun olmadığını xüsusilə vurğulayıb: “Bizim futbolçularda mübarizə ruhu yoxdur. Məsələn, türklərə Belçika ilə oyunda xal lazım idi. Onlar torpaq, ana, bayraq kimi müqəddəs varlıqlara görə çıxıb həmin xalı qazandılar. Amma mən dünən “Neftçi”də həmin döyüş ruhunu görmədim. Oyun başlanandan bitənə qədər bizimkilər meydanda yeriyirdilər. Çox insafsızlıq elədilər. Belə şəraitlə bu cür oyun. “Neftçi”də oynamaq asan deyil.
Amma görün onlar bu komandanın şərəfini qoruduqları halda, necə oynayırlar. Mən SSRİ-də 33 ən güclü futbolçu sırasına düşmüşdüm. Bilirsiniz necə düşmüşdüm? 14 qol vurmaqla. Amma indiki futbolçuların oynadığı oyuna baxın. 90 dəqiqəni rəqib oynadı. Bizimkilərə imkan vermədilər. Məğlub olmaq olar. Amma belə oyunla yox. Səni vuranda, gərək sən də birini vurasan. Amma onlar bizi burda təhqir etdilər. Amma biz heç nə edə bilmədik. Hamısı öz günahımızdır”.
Legionerlərin çıxışı da Əhmədovu narazı salıb: “Komandanın legionerləri də oynaya bilmədilər. Özbək var, Bahadır, ötən mövsüm komandanın bombardiri olmuşdu, onun ayağına top dəymədi. Hücumçu ön xəttdə fəal olmalı, oyunçu keçməli, zərbə vurmalıdır. Görün, Premyer Liqamız necə zəifdirsə, Bahadır kimi futbolçu gəlib burda 15 qol vurur”.
Avrokuboklardakı digər klublarımızın şansları barədə də danışan mütəxəssis “Xəzər Lənkəran” və “Qarabağ”a inandığını bildirib.
“Xəzər Lənkəran”a ümidim var. Düzdür, “Makkabi” güclü komandadır. Amma “Xəzər Lənkəran” evdə yaxşı oynayır. Mənə elə gəlir ki, keçə bilərlər. “Qarabağ” da aydın məsələdir ki, mərhələni keçəcək. Çünki çox yaxşı proqramları və oyun üslubları var. Topu özlərində çox saxlayırlar. Daim öz üzərilərində işləyən futbolçuları var”.
Əhmədov “Dinamo”nu “Makkabi”dən güclü sayır: “Dinamo” ilə “Makkabi”ni müqayisə etmək olmaz. Zaqreb təmsilçisi çox güclüdür”.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı