“Qarabağ”ın hücumçusu Rauf Əliyev Avropa Liqasında Farer adalarının «Streymur» klubuna qarşı keçirilmiş oyunla bağlı Qol.Az saytına müsahibə verib
- “Streymur”la ilk oyundan sonra bu komandanı necə xarakterizə edərdin?
- Vallah, “Streymur” qeyri-adi komandadır. Gözlədiyimizdən fərqli oldu.
- Qeyri-adiliyi nədədir?
- Nə bilim. Ən azından belə oyun göstərəcəklərini gözləmirdik. Topu özlərində çox yaxşı saxlayır, yaxşı hücumlar qururdular. Müdafiədə çox gözəl təsir bağışlayırdılar. Bir sözlə, çox yaxşı komandadır.
- Necə düşünürsən, cavab oyununda “Streymur” “Qarabağ” üçün başağrısı ola bilər?
- Əlbəttə, çox təhlükəli olacaqlar. Çünki biz onların Farer adalarındakı oyunlarını gördük. Bəlkə də ilk oyun olduğu üçün rəqibi yaxşı tanımırdıq. Buna görə də oyunumuz yaxşı alınmadı. İnşallah, doğma meydanda öz oyunumuzu oynayıb, qalib gəlmək istəyirik.
- Zədəli olduğun üçün bir müddət komandadan ayrı qaldın. Məşq edə bilmədin. Oyun praktikası baxımından çatışmazlıqlar var idi. Buna baxmayaraq, meydana çıxdığın ikinci qarşılaşmada qol vura bildin.
- Düzünü desəm, oyundan əvvəl qol vuracağıma inanmırdım. Amma qismət oldu, vurdum. Əgər qalib gəlsəydik, həmin qol mənim üçün daha dəyərli olardı. Əsas odur ki, komandamız səfərdən sərfəli nəticə ilə döndü. Kimin qol vurmağının elə də önəmi yoxdur.
- “Streymur”la ilk oyunda çoxlu sayda qol imkanından yararlana bilmədiniz. Artıq bəziləri komandanın hücum xəttində problemlərin olduğunu düşünür. Sən bununla razısan?
- Vallah, mən bu barədə eşitməmişəm. Əgər “Qarabağ”ın hücum xəttində problemlər olsaydı, komanda bura qədər gəlib çıxa bilməzdi. Həm “Streymur”la matçda cəmi 3 və ya 4 qol vəziyyəti oldu ki, bunların da çoxu yüz faizlik deyildi. Bundan əvvəl “Banqa”nın qapısından 7 cavabsız top keçirdik. Məncə, bu, bir çox şeylərə aydınlıq gətirir.
- “Streymur”la cavab oyunundan nə gözləyirsən?
- Ancaq qalib gəlmək barədə düşünürük. Düzdür, qolsuz heç-heçə də sərf eləyir. Lakin əsas məqsədimiz qalib gəlməkdir. Çünki qələbə qazansaq, bu həm reytinq xalımıza kömək edər, həm də növbəti mərhələ üçün bizə əlavə üstünlük yaradar.
- Çətin “Streymur” səfərindən sonra Qurban Qurbanov komandaya istirahət vermədi. Dərhal cavab matçının hazırlıqlarına başladı. Bu, futbolçular üçün əlavə çətinlik yaratmadı?
- Yox, heç bir çətinlik olmadı. Çünki məşq elə də ağır keçmədi. Həm də biz məşq zamanı istirahət etdik. Bunun ancaq xeyri oldu bizə.
- Qurban müəllimin futbolçulara istirahət vermədən məşqlərə başlaması ondan xəbər verir ki, baş məşqçi də “Streymur”dan çəkinir.
- Əlbəttə, səfərdə bizimlə heç-heçə edən rəqibi ciddiyə almaq lazımdır. Yenə deyirəm, çox qəribə komandadır. Ona görə də oyuna ciddi hazırlaşmaq lazımdır.
- “Streymur”u keçəcəyiniz təqdirdə, Belçikanın “Brügge” klubu ilə qarşılaşacaqsınız. Növbəti rəqib barədə nə deyə bilərsən?
- İnşallah, bu barədə “Streymur”la oyundan sonra fikir bildirəcəm. İndi nəsə deməyim düzgün çıxmaz.
- Püşkün nəticəsini “Qarabağ” üçün bəxtsizlik kimi qiymətləndirmək olar?
- İndi bu barədə heç nə demək istəmirəm. Qoy, “Streymur”u keçək, sonra söhbət edərik.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi