«Neftçi» klubunun vitse-prezidenti Tahir Süleymanov bu gün Çempionlar Liqasında Zaqreb «Dinamo»suna qarşı keçiriləcək oyun ərəfəsində sensasiyalı açıqlama verib.
Qol.Az-ın müxbiri ilə söhbətində T.Süleymanov «Bakı» klubunun xorvatiyalı iki futbolçusunun «Dinamo»ya «Neftçi» haqda məlumat ötürməsinə münasibət bildirərkən rəqib komandanı günahlandırıb: «Xorvatlar oyun ərəfəsində «Bakı» ilə «Neftçi» arasında çaxnaşma salmaq istəyirlər. Halbuki «Bakı» və «Neftçi» rəhbərliyi arasında heç bir problem yoxdur.
Biz bunu açıqlamaq istəmirdik, amma indi deyirik ki, həm media bilsin, həm də azarkeşlərimiz, «Neftçi»yə Xorvatiyada «Dinamo» tərəfindən problemlər yaradılıb.
Həmin problemlər haqda danışmazdan öncə qeyd edim ki, matçdan bir müddət əvvəl «Dinamo» klubunun rəsmi saytı və Xorvatiya mətbuatı vasitəsilə «Neftçi»yə psixoloji təzyiqlər edilib. Məsələn, «Bakı» klubu Sloveniyada «Dinamo»yla yoxlama oyunu keçirməzdən əvvəl belə cəfəng fikir yaydılar ki, guya Azərbaycan təmsilçisi xorvat futbolçuların ayağını qıracaq. Belə bir şey oldumu? Yox! Və yaxud «Dinamo»nun rəsmi saytı məlumat yaydı ki, həmin matçda bizim hakimlər «Neftçi» adından çəkiliş aparmaq istəyiblər. Amma bu, cəfəngiyyatdan başqa bir şey deyildi. Və nahayət, gəlirəm, «Dinamo»nun bizə qarşı münasibətinə, daha doğrusu, hörmətsizliyinə. Biz Avstriyadan Xorvatiyaya yollanarkən viza problemiylə üzləşdik, amma buna görə «Dinamo» «Neftçi»yə kömək etmədi. Yenə sağ olsun, Azərbaycanın Xorvatiyadakı səfirliyi, şəxsən cənab səfir özü, bizə yardım etdi və viza məsələsini yoluna qoyduq. Ən qəribəsi isə odur ki, Zaqrebə çatanda «Dinamo» nümayəndələri bizi qarşılamadılar, bizə adicə «xoş gəlmisiniz» də demədilər. Oradakı bütün işləri klub olaraq özümüz həyata keçirdik».
Tahir Süleymanovun sözlərinə görə, oteldən stadiona getmək üçün «Neftçi»yə avtobus ayrılmayıb, Azərbaycan çempionu bu məsələni də özü həll edib: «Hətta mərkəzi stadionu da bizə göstərmirdilər. Axırda onlara dedik ki, hörmətli dostlar, heç olmasa, stadionun yerinə bizə göstərin.
Bütün bunlardan sonra «Dinamo» təsadüf nəticəsində çıxıb bizə 3:0 hesabı ilə qalib gəldi. Onlar bizə böyük hörmətsizlik etdilər, biz də «Dinamo»nun cavabını bu gün öz oyunumuzla göstərib onların payını verəcəyik».
Tahir Süleymanov «Dinamo»nun iki gün əvvəl süni örtüklü «Şəfa» stadionunda məşq keçməsilə bağlı sualı da cavablandırıb: «Onlar iki gün əvvəl «Şəfa»da, dünən isə Respublika stadionunda məşq edib. Özü də yüksək səviyyədə. «Dinamo»nun bizə münasibəti artıq bəllidir. Bu mənada, «Neftçi» Azərbaycanda xorvatlar üçün nəyə görə canfəşanlıq etməliydi?»
T.Süleymanov «Dinamo»ya «Neftçi» haqda informasiya ötürülməsində təəccüblü bir şey olmadığını söyləyib. «Biz indi hansı əsrdə yaşayırıq? Bu gün çox rahatlıqla informasiya əldə etmək olur. Amma qəribədir ki, «Dinamo» yenə vərdişindən əl çəkmir və ara qatmaqla məşğuldur» - deyə o qeyd edib.
T.Süleymanov sonda bir daha azarkeşləri bu gün «Neftçi»yə dəstək olmağa çağırıb.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı