"Bakı"nın iki futbolçusu "Neftçi"ni xorvatlara satıb!

"Bakı"nın iki futbolçusu "Neftçi"ni xorvatlara satıb!
ÖLKƏ FUTBOLU 19 İyul 2011 / 12:11 2863
-  A +

"Bakı" klubunun iki futbolçusu Ernad Skuliç və Marko Şarliya Çempionlar Liqasının ilk oyunundan öncə Zaqreb "Dinamo"sunun rəhbərliyinə "Neftçi" haqda mühüm məlumatlar çatdırıb.

Qol.Az-ın "Futbol+" qəzetinə istinadən yaydığı xəbərə görə, konkret olaraq "Neftçi"nin çempionatda "Bakı"ya qarşı keçirdiyi 2 oyunun videoyazısı bu futbolçular vasitəsilə "Dinamo"ya çatdırılıb. Bu haqda məlumatı qəzetə müsahibəsində "Dinamo"nun futbolçusu Yerko Leko da təsdiqləyib. 

"Həmçin matçlarda hər iki komandanın yaxşı oynadığnı , xüsusən də "Neftçi"nin güclü tərəflərini öyrənmişdik. Çox təəssüf ki, "Neftçi" ÇL-ın təsnifat mərhələsində bizimlə düşdü. Yoxsa, bu komanda daha daha irəli gedəcək gücdə idi. Neyləmək olar, bəxt hər zaman sənin yanında olmur. Leko "Bakı" ilə Sloveniyada yoxlama oyunu keçirirərkən Marko Şarliyanın "Neftçi" haqda hər şeyi danışdığını bildirib.

"O, Azərbaycanda, xüsusən də Neftçi"də kimlərin oynadığnı bizlərə çatdırmışdı. Daha çox söhbətləşdiyim və informasiya aldığım futbolçu isə Şarliya idi. Çünki onunla vaxtilə "Dinamo"da komanda yoldaşı olmuşuq".

Daha çox


Son xəbərlər