Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sabah "Neftçi"nin (Zaqreb) qonağı olacaq "Dinamo" klubunun baş məşqçisi Krunoslav Yurçiç bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, Yurçiç ilk oyunda 3:0 hesabı ilə qələbə qazanmalarına baxmayaraq, "Neftçi"yə hörmətlə yanaşdıqlarını bildirib.
İlk görüşdə inamlı qələbə qazanmağımıza baxmayaraq, sabah bizi çətin və vacib oyun gözləyir. Biz öz rəqibimizə hörmətlə yanaşırıq. Təbii ki, Bakıda da yetirmələrimdən yaxşı oyun gözləyirəm. Sevindirici haldır ki, komandamda zədəli futbolçu yoxdur. Aydın məsələdir ki, "Neftçi" doğma meydanda qələbə qazanmaq istəyəcək. Lakin biz də Bakıya qələbə dalınca gəlmişik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- “Neftçi”nin ilk dəqiqələrdən hücuma atılmasına və pressinqinə nə dərəcədə hazırsınız?
- Əlbəttə, "Neftçi" ilk dəqiqələrdən hücuma atılaraq erkən qol vurmağa çalışacaq. Xüsusilə də, ilk 15-20 dəqiqədə çoxlu hücumlar olacaq. Ancaq komandam istənilən təhlükəni sovuşdurmağa hazırdır.
- Bakıda havanın isti olması komandanıza problem yaratmayacaq ki?
- Bakının havası da Zaqrebdəki kimi istidir. Biz orada da 40 dərəcə istidə oynadıq və qələbə qazandıq. Odur ki, buradakı istinin bizə problem yaradacağına inanmıram.
- Əgər “Dinamo” bu mübarizədə "Neftçi"yə məğlub olaraq avrokuboklardan kənar qalsa, necə olacaq?
- Mən bu haqda verilən sualları cavablandırmaq istəmirəm.
- “Neftçi”də kimi daha təhlükəli hesab edirsiniz?
- "Neftçi"də bir neçə təcrübəli futbolçu var. Xüsusilə də, Slavço Georgiyevski və Flavinyo. Bu futbolçular həqiqətən yüksək səviyyəli oyunçulardır.
- Son həftə ərzində komandanızda hansısa dəyişiklik olub?
- Futbolçularımda hər şey qaydasındadır. Yəni, necə idilərsə, indi də elədirlər. Heç bir dəyişiklik olmayacaq. Biz özümüzü yaxşı hiss edirik.
- Siz artıq növbəti mərhələdəki rəqiblərin – HJK (Finlandiya) ilə "Banqor Siti"ni (Uels) öyrənməyə başlamısız?
- Biz “Neftçi”yə hörmək edirik. Bu komandanı keçmədən başqa komandalar haqda düşünmək düzgün olmazdı.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı