“Neftçi”nin yarımmüdafiəçisi Cavid Hüseynov sabah Çempionlar Liqasında Zaqreb “Dinamo”suna qarşı keçiriləcək təkrar oyunla bağlı Qol.Az saytına müsahibə verib
- Gəl, əvvəl ondan başlayaq ki, ilk görüşdə “Neftçi”nin sərfəli nəticəylə evə qayıtması üçün nə çatmadı?
- Belə götürəndə pis oyun sərgiləmədik. Bu gün məşqçilərimiz, futbolçularımız da deyir ki, komanda ümumilikdə pis oynamadı. Məncə hesab oyuna görə olmadı. Bizim şanslarımız kifayət qədər olsa da, təəssüf ki, bundan istifadə edə bilmədik. Hesab 1:0 olanda çox çalışdıq ki, qol vurub fərqi aradan qaldıraq, ancaq bu zaman qapımızda ikinci qolu gördük. Bundan sonra komandada ruh düşkünlüyü yarandı və “Neftçi” öz oyununu nümayiş etdirə bilmədi. Ancaq, Allahın köməkliyi ilə Bakıda qələbə qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Son saniyəyə kimi mübarizə aparacağıq.
- İlk iki qol komanda yoldaşların Rail Məlikovla Rodriqinyonun kobud səhvlərindən sonra vuruldu.
- Bilirsiniz, fərdi yanaşma düzgün olmazdı Ümumilikdə bütöv komanda uduzub. Uduzmağımızın səbəbini də bir, ya iki futbolçuda axtarmaq duz deyil. Futbolda belə şeylər çox tez-tez baş verir. Əgər səhv olmasa, qol da olmaz. Bu, futbolun yazılmamış qaydasıdır. Biz də bilirik ki, azarkeşlər bizdən böyükhesablı məğlubiyyətə görə inciyiblər.
Oyunun yayımlanmaması bizim üçün heç yaxşı olmadı. Çünki azarkeşlər “Neftçi”nin çox zəif oynadığını düşünürlər. Çox yaxşı olardı ki, oyunun videoyazısını kanalların birində nümayiş etdirsinlər. Onda hər şeyə düzgün qiymət veriləcək.
- “Maksimir” arenada ikinci hissədə meydana çıxaraq oynamaq şansı əldə etdin. Təkrar görüşdə necə, Arif Əsədovun səni meydana buraxacağını düşünürsən?
- Pis çıxmasın, mən elə bir oyunçuyam ki, hansı dəqiqədə və neçənci hissədə meydana çıxıramsa, öz oyunumu oynayaraq gücümü sübut etməyə çalışıram. Bəlkə də mənim ikinci hissədə oyuna çıxmağım komandam üçün daha faydalı olur. Bunu baş məşqçimiz daha yaxşı bilər. Dəqiq bilmirəm, sabah meydana çıxacağam, ya yox, ancaq ürəyim “Neftçi”ilə döyünəcək.
- Deyilənə görə, “Nefçi”nin prezidenti Sadıq Sadıqov futbolçulara sərt şəkildə öz narazılığını ifadə edib.
- Hər kəs bizdən haqlı olaraq yaxşı nəticə gözləyir. Sadıq müəllim “Nefftçi”nin prezidenti olduqdan sonra komanda əməlli-başlı dirçəlib, inkişafa doğru gedir. Bu mənada, Sadıq müəllimin bizə hirslənməyə, irad bildirməyə haqqı var. Bunu çox normal qəbul edirik. Sadıq müəllim “Neftçi”nin inkişaf etdirmək üçün hər şeyi sıfırdan başlayıb.
- Belə məlumat yayılıb ki, Sadıq Sadıqov “Dinamo” səddini keçəcəyiniz təqdirdə, böyük məbləğdə pul da vəd edib. Bu nə dərəcədə doğrudur?
- Qabaqcadan mükafat haqda danışmaq istəməzdim. Bu məlumatın dorğu olmadığını da tam əminliklə söyləyə bilərəm. Ancaq hər bir mərhələ keçəndə aydın məsələdi ki, futbolçular üçün mükafat ayrılır. Amma mükafat barədə bizimlə söhbət olmayıb.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı