“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- İlk öncə Avropa Liqasında “Streymur”la səfər qarşılaşması barədə fikirlərini bilmək istərdik. Yalnız son saniyələrdə qol buraxaraq qələbəni əldən verdiniz.
- Biz oyuna çox ciddi hazırlaşmışdıq, ancaq Farer Adalarına çatmaq üçün uzun məsafə qət etməli olduq. Bu da yorğunluğa gətirib çıxardı, komandanın oyununa təsir etdi. Düzdü, bunu əsas bəhanə gətirərək məsuliyyətdən qaçmaq fikrimiz yoxdur. Ümumilikdə götürəndə, komanda pis oynamadı. Sadəcə oyunun sonlarında rəqib qapımıza qol vura bildi.
- Rəqib hansı vəziyyətlərdə daha üstün oyun nümayiş etdirirdi?
- “Streymur”lu futbolçular topu autdan meydana daxil edərkən daha təhlükəli olurdular. Ardıcıl olaraq 7-8 dəfə autdan istifadə etdilər və sonuncu dəqiqələrdə qapımızdan qol keçirərək istəklərinə çatdılar. Düzdür, biz də son dəqiqələrdə bir qədər zəif təsir bağışladıq. Nəticədə rəqib hesabı bərabərləşdirməyə nail oldu. Ancaq ümidimizi itirmirik və təkrar görüşə çox ciddi hazırlaşırıq.
- Qol vurmaq üçün bir neçə şansın olsa da, bundan yararlana bilmədin.
- Razıyam. Ancaq bunun bir neçə səbəbi var. Əvvəla meydançanın süni olması yaxşı oyun göstərməyimizə mane oldu. Digər tərəfdən, yaxşı bilirsiniz ki, mən uzun müddət zədədən əziyyət çəkərək,yaşıl meydandan uzaq qalmışam. Hələ optimal formamı tam bərpa etməmişəm. Buna görə, ola bilsin bir qədər çətinlik çəkim, ancaq düşünürəm ki, əsas təhlükəli vəziyyətləri yaratmaqdı, bunun da öhdəsindən gəlirəm. İnşallah, qarşıdakı oyunlarda özümü yaxşı tərəfdən göstərməyə çalışacağam.
- Cavab görüşündən nə gözləyirsən?
- Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bakıya çatandan bir neçə saat sonra məşqə çıxdıq. Bu, oyunun bizim üçün nə qədər əhəmiyyətli olduğunun sübutudur. Biz yalnız qələbə qazanmaq haqda düşünür və qələbəyə köklənmişik. Çünki azarkeşlər bizdən yalnız qələbə gözləyir. Birdə ki, qələbə bizə həm də reytinq xalımızın yüksəlməsi üçün lazımdır.
- Farer Adaları təmsilçisini məğlub edərək mərhələ adlasanız, növbəti rəqibiniz Belçikanın “Brügge” klubu olacaq.
- Vallah, “Streymur” və oradakı 1-1-lik nəticə gözümüzü elə qorxudub ki, hələ “Brügge” barəsində düşünmürük. Bizim üçün hələ ən vacibi təkrar oyunda “Streymur”u məğlub edərək mərhələ adlamaqdır. “Brügge” barəsində onu bilirəm ki, rəqib çox təcrübəli və güclü komandadır. Əgər “Streymur”u keçsək, “Brügge”ni də məğlub etməyin yollarını tapacağıq. Biz yalnız qələbə haqda düşünürük.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı