Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sabah "Dinamo" (Zaqreb) klubu ilə qarşılacaq "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov bu gün mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, Əsədov "Dinamo" ilə oyunöncəsi fikirlərini açıqlayıb.
- Oyun haqda artıq kifayət qədər danışılıb. Aydın məsələdir ki, şansımız çox azdı. Bununla belə, qələbə qazanmaq üçün sona kimi vuruşacağıq. Öz şərəfimiz, imicimiz və UEFA reytinqi xatirinə qələbə qazanmaq istəyirik. Stadionda da anşlaq olacağını gözləyirik.
- Necə düşünürsünüz, bu uğursuzluqda sadəcə Saşa Stamenkvoçin transferi ilə kifayətlənməyinizin rolu oldumu?
- Mən artıq bu suala bir neçə dəfə cavab vermişəm. Yenə deyirəm ki, biz iki braziliyalı yarımmüdafiəçi götürmək istəyirdik. Lakin müəyyən səbəblərə görə, bu transferi reallaşdıra bilmədik. Tələsik addım da atmaq istəmədik.
- Ümumiyyətlə, komandada yeni transferlər olacaq?
- Əgər zədəli futbolçumuz olmasa, başqa müdafiəçi almayacağıq. Komandada gənc futbolçular var. Məsələn, Tərlan Quliyev və Ruslan Əmircanov var. Sadəcə yarımmüdafiə xəttini gücləndirmək istəyirik. Ona görə də, bu mövqeyə bir yeni oyunçu almağı planlaşdırırıq.
- Sizə elə gəlmir ki, Zaqrebdəki oyunda "Neftçi"nin heç bir futbolçusu özünü yaxşı tərəfdən göstərə bilmədi?
- Əlbəttə, heç kim belə hesabla uduzmaq istəməzdi. Lakin belə alındı. İnanıram ki, onlar Bakıda nəyə qadir olduqlarını göstərəcəklər.
- Cavab görüşündə komandada hər hansı bir dəyişiklik gözlənilirmi?
- Dəqiq olan odur ki, İqor Mitreski oynamayacaq. O, Zaqrebdəki oyunda zədələndiyindən məşqlərdə iştirak edə bilməyib. Onun əvəzinə isə Ruslan Əmircanov çıxış edəcək.
- Braziliyalı futbolçularla, xüsusilə də Flavinyo ilə zəif oynadıqlarına görə xüsusi söhbət etmisiz?
- Özləri də başa düşürlər ki, hər kəs onlardan yaxşı oyun gözləyir. Flavinyo söz verib ki, sabahkı oyunda daha yaxşı çıxış edəcək.
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi