“Qarabağ”ın klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- “Streymur”la səfər oyununda son anda qapınızdan qol buraxaraq, qələbəni əldən verdiniz. Ümumilikdə komandanın oyunundan razı qaldınız?
- Tam da olmasa, razı qaldım. Uzun yol, yorğunçuluq, adaptasiya kimi şeyləri nəzərə alsaq, komanda pis oynamadı.
- Farer adalarının təmsilçisi ilə oyunu “Banqa” ilə görüşlə müqayisə etsək, “Qarabağ” hansında daha yaxşı təsir bağışladı?
- Ümumilikdə götürsək, son oyunda komanda daha çox hərəkətdə oldu. Oyun daha gərgin və çətin keçdi. Çünki “Streymur” “Banqa”dan daha güclü və təcrübəli komandadır. Son dörd ildir, avrokuboklarda mübarizə aparır. Yəni Avropa təcrübəsi var. Çox maraqlı və çətin komandadır.
- Bu oyuna qədər “Streymur” haqda məlumatınız səthi idi. Yəni geniş bilgiyə sahib deyildiniz. Son oyundan sonra rəqibi necə dəyərləndirərdiniz?
- “Streymur” düşündüyümdən daha çətin və ağır rəqibdir. Bakıdakı oyun bizim üçün çox ağır olacaq. Sona qədər mübarizə aparan komandadır. Öz oyun üslubu var. Çox yaxşı müdafiə olunur və eyni zamanda əks-hücuma keçirlər. Standart vəziyyətlərdən çox yaxşı istifadə edirlər. Həqiqətən də bizi çox ağır oyun gözləyir.
- Səfər oyununun son dəqiqələrində buraxdığınız qol Bakıdakı cavab matçında “Qarabağ” üçün başağrısı ola bilər?
- Qolu deyə bilmərəm, amma “Streymur” özü bizim üçün başağrısı olacaq. Düzdür, səfərdə kifayət qədər qol epizodlarımız oldu, yararlana bilmədik. Bəlkə də çoxları “Streymur”u asan rəqib sayır. Amma cavab oyununda sona kimi mübarizə aparacaqlarını düşünürəm. Bizi çox çətin oyun gözləyir.
- Zədədən qayıdan futbolçular, xüsusilə də Rauf Əliyev və Əfran İsmayılov öz oyunları ilə sizi razı sala bildi?
- Tam yox, amma yavaş-yavaş formalarını bərpa edirlər. Öz üzərlərində çox çalışırlar. Oyundan-oyuna, məşqdən-məşqə daha yaxşı olacaqlar.
- “Qarabağ” “Streymur” səddini keçərsə, növbəti mərhələdəki rəqib Belçikanın “Brügge” klubu olacaq. 3-cü mərhələdəki rəqibinizin baş məşqçisi Adri Koster ölkə mətbuatına verdiyi açıqlamasında “Qarabağ”dansa, “Streymur”la qarşılaşmaq istədiyini bildirib. Sizin hamkarınızın bu fikirlərinə münasibətinizi bilmək maraqlı olardı.
- Məni heç kimin fikri maraqlandırmır. Bundan əvvəl də dediyim kimi, məni hazırda ancaq “Streymur”la cavab oyunu maraqlandırır. Nə “Brügge”, nə məşqçiləri, nə futbolçuları. Heç birinin fikri mənim üçün maraqlı deyil. Sadəcə Farer adalarının klubu ilə oyunu fikirləşirəm. Bəlkə də kənardan kiməsə asan görünə bilər. Ancaq mənə və komandama “Streymur”la oyun çox çətin olacaq. Bu, bəlkə də bizim avrokuboklardakı ən ağır oyunumuz ola bilər.
- “Qarabağ”dan əvvəl, daha doğrusu, sabah “Neftçi” “Dinamo” ilə cavab qarşılaşmasına çıxacaq. Bu komandanın şanslarını necə qiymətləndirirsiniz?
- “Neftçi” üçün bir qədər çətin olsa da, mən belə düşünürəm ki, ən azı qələbə qazanacaq. Doğrudan da, Çempionlar Liqasında 3:0 çətin hesabdır. Amma bu, futboldur. “Neftçi”nin itiriləsi heç nəyi yoxdur. Sona kimi oynamalıdırlar. Ən azı qələbə qazanacaqlarına inanıram. Əminəm ki, sabah stadion tamamilə dolacaq. Hamılıqla “Neftçi”yə dəstək olmalı, rəqib komandanı təzyiq altında saxlamalıyıq. Heyətində kifayət qədər təcrübəli futbolçular var. İnanıram ki, xalqımızı sevindirəcəklər.
- Yəqin ki, “Xəzər Lənkəran” barədə daha nikbin düşünmək olar.
- Əlbəttə, “Neftçi”yə nisbətən “Xəzər Lənkəran”ın mərhələ keçmək şansları daha yüksəkdir. Səfərdə də yaxşı mübarizə apardılar. Güclü azarkeş dəstəyinin də köməyi ilə iki qol vuraraq, növbəti mərhələyə yüksələ bilərlər. Ancaq inanmalı və meydanda sonadək mübarizə aparmalıdırlar. Həmin sözlər bizə də aiddir. Bəlkə də bizim oyunumuz onların görüşündən ağır olacaq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi