“Dinamo”nun baş məşqçisi: “Neftçi” bu qədər asan təslim olmayacaq”

“Dinamo”nun baş məşqçisi: “Neftçi” bu qədər asan təslim olmayacaq”
ÖLKƏ FUTBOLU 16 İyul 2011 / 16:53 2380
-  A +

“Neftçi” üzərində 3:0 hesablı qələbə qazanadığımız üçün hazırda bütün diqqətlər bizim üstümüzdədir. Ancaq buna görə arxayınlaşmaq olmaz”.

Qol.Az-ın Xorvatiya mətbuatına istinadən yaydığı məlumata görə, bu
sözləri “Dinamo”nun baş məşqçisi Krunoslav Yurçiç deyib. İlk görüşdə böyükhesablı qələbə qazanmalarına baxmayaraq, Yurçiç səfər oyununun daha çətin keçəcəyini düşünür:

“Rəqibin heyətində kifayət qədər təcrübəli futbolçular var. Birinci oyunun ilk yarım saatında çətinlik çəkdik. Yalnız qoldan sonra komanda özünə gəldi. Bu dəfə bizə qarşı iki hücumçu ilə oynayacaqlar. Amma ölkə çempionatında “Neftçi” çox vaxt tək forvardla çıxış edir. Ona görə də mən belə düşünürəm ki, səfərdə bizi daha çətin oyun gözləyir”.

Mütəxəssis üçüncü mərhələdəki potensial rəqibləri barədə “Neftçi” ilə cavab oyunundan sonra danışacağını bildirib:

“Hələlik “Neftçi” ilə oyunu düşünürük. Bu barədə suallara cavab qarşılaşmasından sonra aydınlıq gətirəcəm. Yenə deyirəm, heç kim düşünməsin ki, rəqib komanda bu qədər asan təslim olacaq. Səfərdə bizi fərqli oyun gözləyir. Amma buna baxmayaraq, öz nümayəndəmizi HİK - "Banqor Siti" görüşünü izləmək üçün bu komandaların oyununa göndərəcəyik”.

Daha çox


Son xəbərlər