“Space” telekanalı Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin dünən keçirilən “Dinamo” - “Neftçi” oyununun yayımı zamanı ortaya problemlərin çıxmasının səbəblərini açıqlayıb.
Qeyd edək ki, bu görüşün adıçəkilən telekanal vasitəsilə canlı yayımlanması nəzərdə tutulurdu. Lakin telekanal yalnız oyunun 75-ci dəqiqəsində oyunu birbaşa göstərə bilib.
Telekanalın şöbə müdiri İman Məcidovun Qol.Az-a verdiyi məlumata görə, matçın canlı yayımlanmaması sırf texniki problemlə bağlı olub.
“Bildiyiniz kimi, biz oyunu yayımlamağa çox ciddi hazırlaşmışdıq. Hətta “Qol” verilişini də xüsusi olaraq efirə verdik ki, budəfəki buraxılışı sırf bu oyuna həsr edək. Amma, bir məsəl var, deyirlər, texnikaya çox etibar eləmək olmaz. Bizdən asılı olmayan texniki qüsurların ucbatından oyunu tam verə bilmədik. Buna görə də yaranmış vəziyyəti qismən də olsa aradan qaldırmaq, matçın gedişatı barədə tamaşaçılara məlumat vermək üçün tez-tez tanınmış teleşərhçi Elnur Əşrəfoğlu ilə canlı telefon bağlantısı qururduq.
Siz də jurnalistsiniz. Özünüz də yaxşı bilirsiniz ki, işlədiyiniz kompüterdə də problem yarana bilər. Televiziyada da belədir. Özünəməxsus, spesifik xüsusiyyətləri var. İnanın ki, 75-ci dəqiqəyə qədər “Space” telekanalının rəhbərliyindən tutmuş sıravi işçilərinə qədər bu qüsuru aradan qaldırmağa çalışırdıq. Biz də arzu edirik ki, nə “Neftçi” belə məğlubiyyətə uğrasın, nə də bizim efirdə belə qüsurlar olsun” - deyə İ.Məcidov bildirib.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər