Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov bu gün «Neftçi» ilə «Dinamo» arasında Zaqrebdə keçiriləcək Çempionlar Liqasının oyunu ilə bağlı Qol.Az-ın suallarını cavablandırıb.
- Bugünkü matçda «Neftçi»nin şanslarını necə dəyərləndirirsiniz?
- “Neftçi”nin üstünlüyü ondadır ki, heyətini qoruyub saxlayıb. Əlbəttə, hücumameyilli orta xətt oyunçusu transfer etsəydilər, daha yaxşı olardı. Çünki bu transfer olsaydı, komandanın hücumları daha da təhlükəli olardı. Əgər Avropada uğur qazanmaq istəyiriksə, səviyəli əcnəbi və yerli futbolçuları komandaya cəlb etmək lazımdır. «Dinamo»yə gəlincə, bu komanda haqqda kifayət qədər bilgim var. “Xəzər Lənkaran”da məşqçi işlədiyim vaxt “Neftçi”nin indiki rəqibinin heyətində daha səviyyəli futbolçular çıxış edirdi. Hansı ki, sonradan onlar Avropanın tanınmış klublarına transfer edildilər.
- Sizcə, “Dinamo” çox təhlükəlidir?
- Mənim fikrimcə, xorvatların gücünü çox şişirtmək lazım deyil. İstənilən rəqiblə oyunda bizim klublar öz oyununu ortaya qoymalıdılar. Azərbaycan çempionatında hansı oyunla uğur qazanıblarsa - hücumda və ya müdafiədə - Avropada da bu üslubda davam etməlidilər. Çünki bu cür oyunlarla qələbə qazanmağı bacarırıq. Hücum edən zaman müdafiədə də diqqətli olmalıyıq. Əgər komandamız birgə hücuma keçərək, eyni zamanda da komanda şəklində müdafiə olunsa, Avropada uğur qazanmaq mümkündür. Əsas amillərdən biri də, «Neftçi» bu gün standart vəziyyətlərdə diqqətli olmalıdır. Nəzərə alsaq ki, bu, bizim ən zəif cəhətimizdi, deməli, rəqiblər belə vəziyyətlərdə daha təhlükəli ola bilər.
- Fikrinizcə, “Neftçi” səfərdə hansı taktikayla oynasa, uğurlu nəticə əldə edər?
- Ümumiyyətlə, Azərbaycan klubları müdafiədə oynaya bilmirlər. Bu mənada, hesab edirəm ki, «Neftçi» müdafiə olunmamalıdı. Əgər müdafiə futbolu oynasa, o zaman ən azı 2 top buraxacaq. Bu nəticə isə onlar üçün ağır olacaq. Ən yaxşı müdafiə elə hücumdur. Mən bir misal çəkim. “Xəzər Lənkaran” Bakıda “Dinamo”yla 1:1-lik heç-heçə etdikdə, rəqib elə düşündü ki, orada müdafiəyə daha çox diqqət ayırıb, əks-hücum taktikasını seçəcəyik. Ancaq gözlənilənlərin əksinə səfərdə daha çox hücumda olduq və hətta 1:0 hesabı ilə irəli də keçdik. Biz yalnız 10 nəfərlə qaldıqdan «Dinamo» hesabı bərabərləşdirə bildi. Yəni dediyim odur ki, «Neftçi» öz oyun üslubunu göstərməlidirlər. Demirəm ki, tam açıq futbola üstünlükversinlər, sadəcə rəqibdən çox çəkinmək lazım deyil.
- Bugünkü oyun üçün hansısa proqnozunuz var?
- Bilirsiniz, mən ümumiyyətlə, proqnoz verməyi xoşlamıram. Çünki futbolda hər şey ola bilər. Hər halda komandamızdan yaxşı nəticə gözləyirəm.
- Ola bilər ki, «Neftçi»nin müdafiəçisi Rail Məlikov zədə üzündən “Dinamo” ilə ilk oyunu buraxsın. Sizcə, Railin yoxluğu komandaya nə kimi təsir edə bilər?
- Rail daim “Neftçi”nin əsas heyətində çıxış etməklə bərabər, həm də komandasının kapitanıdır. Belə bir oyunçunun itkisi çox ağırdır. Ancaq komandanın baş məşqçisi yəqin ki, Raili sığortalamaq üçün lazımı tədbirlər görəcək.
- Qurban Qurbanovun Avroliqada qazandığı uğuru Arif Əsədovun da təkrar etmək şansı nə qədərdir?
- Çempionlar Liqası ilə Avroliqa turniri arasında fərq böyükdür. Mən də çox istərdim ki, Arif Əsədov bu turnirdə yaxşı nəticələr əldə edərək,uğurlara imza atsın. Arif müəllim bizim gənc və istedadlı məşqçilərimizdən sayılır. Ona və “Neftçi” klubuna bu turnirdə uğurlar arzulayıram. İnşallah, sərfəli nəticəylə vətənə dönərlər.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı