Xəbər verdiyimiz kiim, Avropa Liqasında «Minsk»ə uğursuzluqdan sonra istefa verən AZAL-ın baş məşqçisi Nazim Süleymanov bu gün klubun prezidenti Vaqif Qasımovla görüşüb. Görüşdən sonra N.Süleymanov Qol.Az-ın suallarını cavablandırıb
- Vaqif Qasımovla danışıqlarınızın nəticəsi necə oldu?
- Danışıqların nəticəsi söylədikdə, şəxsən mən Vaqif müəllimə öz dərin təşəkkürümü bildirdim. Eləcə də mənə həmişə dəstək olan futbolçulara da öz minnətdarlığımı çatdırdım. Bildirdim ki,əgər istefa vermişəmsə, geri qayıtmaq istəmirəm.
- Yəni rəsmi olaraq istefanız qəbul edildi?
- Rəsmi olaraq deyəndə ki, onsuz da mənim rəsmi müqaviləm yox idi. Buna görə də komandadan tamamilə ayrıldım.
- Yeri gəlmişkən, AZAL-la niyə müqavilə bağlamamışdınız?
- Mən axı, əvvəlcədən demişdim ki, Avroliqada ilk mərhələni keçə bilməyəcəmsə, niyə işləməliyəm.
- İstefanızı sözünüzə əməl etmək üçün verdiniz, yoxsa artıq AZAL-da çalışmaq istəmirdiniz?
- Yox, əvvəlcədən demişdim axı, əgər «Minsk»i keçə bilməsək, istefa verəcəyəm. Mən sözümü tutdum və komandanı birdəfəlik tərk etdim.
- “Minsk” səddini keçməyə nə mane oldu?
- Ümumiyyətlə, futbolda hər şey olur. Biz 11-ci dəqiqədə artıq 0:2 məğlub duruma düşmüşdük. Ancaq baxmayaraq ki, ilk hissədə iki top buraxmışdıq, ikinci hissədə 10 nəfərlə daha yaxşı oynadıq. Rəqib qapısına doğru hücumların sayı artmaqla bərabər, qol da vurmağı bacardıq. Hərçənd bu o demək deyil ki, biz rəqibdən üstün oyun nümayiş etdirdik. Sadəcə, kobud səhvlər buraxdıq ki, nəticədə də məğlub olduq. Mənim fikrimcə, belorusiyalılar bizi hətta 4:1və ya 5:1 də uda bilərdilər.
- Məğlubiyyətdə konkret olaraq hansısa futbolçuların kobud səhvi rol oynadı?
- Düzdü, oyundan sonra çox şey demək, bəhanə gətirmək olar. Ancaq mən istəmirəm ki, bunu kiminsə, hansısa futbolçunun ayağına yazım. Bu, doğru olmazdı. Bir daha deyirəm, mən uduzacağımız təqdirdə istefa verəcəyimi demişdim, buna da əməl etdim.
- Deyilənə görə, sizə Rusiya klublarından təklif gəlib.
- Bu xəbəri ilk dəfə sizdən eşidirəm.
- Yerli klublardan təklif gəlsə, çalışmaq istərdiniz?
- Əgər təklif olsa, əvvəlcə şərtlərə baxacağam. Xoşuma gəlsə, canla-başla razılıq verərəm. Amma hələ ki, konkret təklif gəlməyib. Yəqin ki, bu yaxınlarda xəbərlər olar.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı