Sergey Yuran: "İki gün gözləyək"

Sergey Yuran: "İki gün gözləyək"
ÖLKƏ FUTBOLU 12 İyul 2011 / 02:00 2666
-  A +

Rusiya milli komandasının sabiq futbolçusu Sergey Yuran "Simurq" klubuna baş məşqçi təyin olunacağı barədə xəbərlərə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, ötənlərin məşhur hücumçusu bu informasiyanı nə təsdiq, nə də təkzib edib. 

Yuran deyib: "Hələlilk bu mövzuda danışmağa hazır deyiləm. Gəlin, iki gün gözləyək. Bundan başqa heç nə əlavə edə bilmərəm". 

Qeyd edək ki, Sergey Yuran hazırda Azərbaycandadır. Qol.Az-ın əldə etdiyi məlumata görə, o, Premyer Liqada saxlanılacağı təqdirdə, "Simurq"un sükanı arxasına keçməyə razıdır. Görünür, Yuran "iki gün gözləyək" dedikdə, məhz Zaqatala klubunun taleyinə aydınlıq gətirilməsini nəzərdə tutur.  

Daha çox


Son xəbərlər