Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov klublarımızın dünən Avroliqada keçirdiyi oyunlarla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- “Qarabağ”ın dünən “Banqa” ilə keçirdiyi görüş haqda fikirləriniz necədir?
- Bu oyuna qədər hər şey məlum idi. Ağdam klubu mərhələnin taleyini hələ ilk oyunda həll etmişdi. «Qarabağ» dünənki matçda oynamırdı, sanki məşq edirdi. Topla çox yaxşı işləyirdilər, lazım olanda tempi qaldırıb-salırdılar ki, bu da onların üstünlüyündən xəbər verirdi. Ancaq düşünürəm ki, komanda bundan sonra məşqlərin sayını bir qədər artırmalıdır. Çünki qarşıda onları daha çətin mübarizə gözləyir. «Qarabağ» yaxşı anlayır ki, mərhələ adladıqca, rəqiblər daha da çətinləşir.
- “Qarabağ”ın ilk hissədə göstərdiyi oyunu ikinci hissədə azarkeşlər görə bilmədi. Sizcə, niyə?
- Ola bilər ki, bu həftə ərzində onlar həddindən artıq məşq ediblər. Bir də, uşaqlarda sanki motivasiya yox idi. Mən belə başa düşürəm ki, «Qarabağ»ın mərhələnin taleyini ilk oyunda həll etməsi, Bakıdakı oyunda ilk hissədə 2:0 irəlidə olması ikinci hissənin bir qədər sönük keçməsinə səbəb oldu.
- Sizcə, Farer adalarını təmsil edən “Streymur” klubuyla oyunlar da «Banqa»yla matçlar kimi rahat olacaq?
- Rahat deyəndə ki… Çox şey komandanın özündən asılıdır.Yəni rəqibə daha ciddi yanaşmalı, hazırlıq proseslərini yüksək səviyyədə keçməli, imkan varsa, yeni transferlər də etməlidirlər. Çünki Avroliqa güclü bir turnirdi. Uğur əldə etmək üçün daha da güclü futbolçulara malik olmalısan.
- AZAL-ın səfərdə “Minsk”ə məğlub olaraq, turniri elə ilk mərhələdə dayandırması haqda nə deyə bilərdiniz?
- Mən hər zaman demişəm ki, Avropa turnirlərində oynayan komanda çalışmalıdır ki, ilk hissədə qol buraxmasın. Ən əsası da səfər matçlarında. Çünki ilk və erkən qol komandaya psixoloji təsir göstərir. Belə qoldan sonra futbolçular özlərinə çətin gəlir. AZAL evdə oynayanda mütləq qələbə qazanmalı idi ki, səfərdə rəqiblə daha sərbəst oynasın. AZAL-ın Avroliqada çıxışını dəyandırmasına çox təəssüfləndim. Çünki “Minsk” keçilməz rəqib deyildi. Bu mənada, Bakıda mütləq qələbə qazanmaq lazım idi. Bunu etməyə çox imkanları olsa da, ələ düşən imkanlardan yararlana bilmədilər. Bir də hansısa turnirdə nəticə əldə etmək istəyirsənsə, hazırlıq prosesini mütləq xaricdə keçməli və imkan daxilində transferləri turnirdən xeyli qabaq həyata keçirməlisən.
- Dünənki oyundan sonra AZAL-ın baş məşqçisi Nazim Süleymanov istefa verdi. İndi komandanın baş məşqçi vəzifəsi boşdur. Klubun prezidenti Vaqif Qasımov isə bildirib ki, Ağasəlim Mircavadovla işləyə bilməz. Sizin onunla nə kimi probleminiz olub?
- Mənim o, insanla yalnız «salam-əleykum»um olub, vəssalam. Nə deyibsə, onun öz fikiridir. Mən yenə deyirəm, işləyəndə də gərək futbol adamıyla çalışasan ki, peşəndən zövq alasan. Mən o adamla heç vaxt işləməmişəm, nə yığmada, nə də klubda. Mən klublarımızda daha çox yerli məşqçilərin işləməsini istərdim. Ancaq bizdə xaricdən məşqçi gətirmək dəbə düşüb.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı