Nazim Süleymanov istefa verdi

Nazim Süleymanov istefa verdi
ÖLKƏ FUTBOLU 8 İyul 2011 / 00:21 3174
-  A +

AZAL klubunun baş məşqçisi Nazim Süleymanov istefa verib. Qol.Az-ın məlumatına görə, Süleymanov bu qərarını Belarus "Minsk"inə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə 1:2 hesablı məğlubiyyətdən sonra açıqlayıb.

Bununla da gənc mütəxəssis hələ ilk oyun öncəsi verdiyi sözə əməl edib. Süleymanov növbəti mərhələyə keçə bilməmələrinin məsuliyyətini öz üzərinə götürüb: "Belə nəticə gözləmirdim. Bu futboldur, kim səhv edirsə, o da uduzur. İkinci hissədə 10 oyunçu ilə daha yaxşı oynadıq. Futbolçularıma dedim ki, narahat olmasınlar. İlyarım işlədiyim komandaya uğurlar arzulayıram. Mən günahkaram, ona görə də gedirəm. İstefa verdiyimi klub rəhbərliyinə və oyunçularıma demişəm".  

Daha çox


Son xəbərlər