"Qarabağ" həqiqətən də bizdən güclü idi"

"Qarabağ" həqiqətən də bizdən güclü idi"
ÖLKƏ FUTBOLU 7 İyul 2011 / 23:18 2576
-  A +

"Mən "Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Rəqibimiz həqiqətən də bizdən güclü idi və bunu bir daha nümayiş etdirdi". Qol.Az-ın məlumatına görə, bunu "Qarabağ"la Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra Litvanın "Banqa" komandasının baş məşqçisi Arminas Narbekovas deyib.

Narbekovasın fikrincə, "Qarabağ" belə davam etsə, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacaq. Baş məşqçi "Banqa"dakı problemlərdən də danışıb: "Biz bu oyuna itkilərlə çıxmışdıq. Bakıya cəmi 14 futbolçu ilə gəlmişdik. "Qarabağ" bizə oynamaq imkan vermədi. Yenə deyirəm, Litva çempionatı Azərbaycan çempionatından zəifdir".
 
Qeyd edək ki, "Qarabağ" "Banqa"nı səfərdə 4:0, evdə isə 3:0 hesabı ilə yenərək, II təsnifat mərhələsinə yüksəlib. Növbəti rəqib Farer adalarının "Streymur" komandası olacaq.

Daha çox


Son xəbərlər