Azərbaycan millisi Litva ilə matçda hesabda öndə - Yenilənir

Azərbaycan millisi Litva ilə matçda hesabda öndə - Yenilənir
ÖLKƏ FUTBOLU 4 Oktyabr 2026 / 18:05 6532
-  A +

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, Ayxan Abbasovun komandası 4-cü turda Litvanı qəbul edir.

8-ci km stadionunda keçiriləcək matça saat 17:00-da start verilib.

Sentyabrın 27-də komandalar arasında Litvada keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda 2 xalla ikincidir. Litva isə 4 xalla liderdir.

Bu səbəbdən Azərbaycan millisi qrupda liderliyə yüksəlmək üçün bu oyunda mütləq qələbə qazanmalıdır. 

4 oktyabr

UEFA Millətlər Liqası
4-cü tur

17:00 Azərbaycan – Litva - 1:0 (İkinci hissə)

Qol: Abdulla Xaybullayev, 24

Baş hakim: Qustavo Korreya (Portuqaliya)

8-ci km stadionu

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner