Çempionlar Liqasında Zaqreb «Dinamo»su ilə oyuna hazırlaşan «Neftçi» Avstriyada təlim-məşq toplanışını davam etdirir. Komandanın baş məşqçisi Arif Əsədov hazırlığın gedişatı ilə bağlı Qol.Az saytına müsahibə verib
- Artıq bir neçə gündür Avstriyada təlim-məşq toplanışı keçirirsiniz. Hazırlıqlarınız necə gedir?
- Hazırlığımızın ikinci mərhələsini başa vurduq. Bu mərhələdə taktiki hazırlığa üstünlük verdik. İndi son mərhələ - “Dinamo” ilə oyuna hazırlaşırıq. Dünən komanda istirahət etdi. Bu gündən məşqlərimizə başlayırırq.
- Vaxt getdikcə azalır. Komandanı “Dinamo” ilə oyuna hazır sayırsınız?
- Yoxlama oyunları da göstərdi ki, komandada vəziyyət yaxşıdır. Əlbəttə, ideal səviyyədə deyil. Amma bu mərhələ üçün yetərli saymaq olar. Hazırda rəqibin oyun üslubunu, taktiki gedişlərini izləyib, təhlil edirik.
- Zaqrebə nə vaxt getməyi düşünürsünüz?
- İnşallah, iyulun 11-i orda olacağıq. Avstriyadan birbaşa Zaqrebə gedəcəyik.
- Avstriyada üç yoxlama matçı keçirdiniz. Futbolçuların çıxışından razı qaldınız?
- Komandanı iki hissəyə bölmüşdük. Gənclər və təcrübəlilər. Hər ikisindən razı qaldım. Xüsusilə gənclərin oyunu məni daha çox sevindirdi. Artıq onların xidmətindən Premyer Liqa və kubok oyunlarında istifadə etmək olar. Gənclərimiz bu yükü daşımağa hazırdırlar.
- İki gün öncə “Dinamo” yoxlama görüşü çərçivəsində “Bakı” ilə qarşılaşdı. Yəqin ki, həmin oyunu izləmisiniz. Rəqib haqda nə deyə bilərsiniz?
- Bəli, izləmişəm. Həmin oyunda bizim nümayəndəmiz də olub. Yoxlama oyunundan tam, yüzfaizlik nəsə götürmək mümkün deyil. Çünki bu tip matçlarda bütün komandalar meydançaya hər iki heyəti - həm əsas, həm də ehtiyat oyunçuları buraxır. Amma buna baxmayaraq, bizə lazım olan müəyyən cəhətlərini görüb, təhlil etmişik.
- Dediniz ki, müəyyən şeyləri təhlil etmisiniz. Maraqlıdır, səfər görüşündə hansı oyun üslubuna üstünlük verəcəksiniz?
- Bunu oyunda görəcəksiniz. Çünki indi nəyisə söyləmək düzgün deyil. Onlar da bizim kimi media vasitəsilə rəqiblərini, onların verdiyi açıqlamaları yaxından izləyirlər. İndi nəsə desəm, bu, «Dinamo»nun xeyrinə işləyər.
- Bu gün iki komandamız - “Qarabağ” və AZAL Avroliqada birinci təsnifat mərhələsində cavab oyununa çıxacaq. Düzdür, Ağdam klubu artıq növbəti mərhələni özü üçün təmin edib. Amma hər halda hər iki təmsilçilərimizin şansları haqda fikirlərinizi bilmək maraqlı olardı.
- Əvvəlcə “Qarabağ”ı səfərdə qazandığı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Növbəti mərhələyə vəsiqəni 80-90 faiz təmin ediblər. Ancaq ev oyununda boşalmaq olmaz. Qurban müəllim də bunu yaxşı başa düşür. Bugünkü görüşdə də yaxşı oyun göstərib layiqli qələbə ilə azarkeşlərimizi sevindirməlidirlər. İnşallah, hamı oyundan sonra onları qələbə münasibətilə təbrik edəcək. AZAL-a gəldikdə isə evdə 1:1-lik heç-heçə rəqibə sərf edən nəticə kimi görünə bilər. Ancaq bu, futboldur. Hər şey ola bilər. AZAL elə gücdədir ki, gedib səfərdə də “Minsk”ə qalib gələ bilər. Hər iki komandaya uğurlar arzulayıram.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi