"Qəbələ" "İmişli"yə, "Kəpəz" "Şamaxı"ya qarşı

"Qəbələ" "İmişli"yə, "Kəpəz" "Şamaxı"ya qarşı
PREMYER LİQA 4 Sentyabr 2026 / 09:00 340
-  A +

Bu gün Misli Premyer Liqasının 4-cü tura start veriləcək.

QOL.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə 3 oyundur qol vura bilməyən və 1 xalla 10-cu yerdə olan "Qəbələ" 6-cı pillədə qərarlaşan "İmişli"ni qəbul edəcək.

Digər görüşdə isə 9-cu yerdə qərarlaşan "Şamaxı" Gəncədə 7-ci yerin sahibi "Kəpəz"in qonağı olacaq.

Turun qalan oyunları sentyabrın 5-6-da keçiriləcək.

4 sentyabr (cümə)

Misli Premyer Liqası, 4-cü tur

18:00.“Qəbələ” – “İmişli”
Hakimlər:
Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Rəşad Əhmədov 
AVAR: Eyyub İbrahimov
Qəbələ şəhər stadionu

20:15.“Kəpəz” – “Şamaxı”
Hakimlər:
Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: Nicat İsmayıllı 
AVAR: Teymur Teymurov
Gəncə şəhər stadionu

5 sentyabr (şənbə)

18:30.“Sabah” – “Zirə”
20:30.“Neftçi” – “Şəfa”

6 sentyabr (bazar)

18:00.“Turan Tovuz” – “Sumqayıt”

 20:15.“Qarabağ” – “Araz-Naxçıvan”

Bomdardirlər:

Breno Almeyda (“Neftçi”) - 4 qol

Aydın Eren (“Zirə”) - 2 qol

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner