Bakı "İnter"inin pleymeykeri Petar Zlatinov klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, bolqarıstanlı futbolçu necə istirahət etməsindən danışıb, Türkiyə toplanışı barədə fikirlərini açıqlayıb və atasının onu Zlatinov ailəsinin ən uğurlu futbolçusu adlandırması məsələsinə toxunub.
-Mövsümün başa çatmasından sonra şayiələr gəzdi ki, komandadan ayrılacaqsan. Lakin sən “İnter”lə müqavilə imzaladın və klubla əməkdaşlığını davam etdirmək barədə qərar qəbul etdin...
- Buna görə çox şad olduğumu demək istəyirəm. Xoşdur ki, bizə ortaq məxrəcə gəlmək və yeni müqavilə imzalamaq müyəssər oldu. Mənim “İnter”dən getmək məsələm heç müzakirə olunmurdu - bütün bunlar şayiədir. Ümid edirəm ki, bu mövsüm komanda özünü yalnız yaxşı tərəfdən göstərəcək və mütləq yüksək yerlər uğrunda mübarizə aparacaq. Mən isə öz növbəmdə “İnter”in hər oyunda qalib gəlməsi üçün əlimdən gələni etməyə çalışacağam.
-Amma hər mənfinin müsbət tərəfi də var. Belə ki, komanda avrokuboklara vəsiqə qazana bilmədi, ancaq bu, futbolçulara yaxşı istirahət etməyə imkan yaratdı. Bilmək istərdik, istirahətini necə keçirdin?
-Bütün ailə üzvlərinin toplaşdığı evdə dincəldim. Məzuniyyəti yaxşı keçirdim, deyim ki, son 3 ildə biz əməlli-başlı istirahət edə bilməmişdik. Lakin yaxşı qeyd etdiyin kimi, hər bir mənfinin müsbət tərəfi də var. Bizə avrokuboklarda oynamaq mümkün olmadı, ancaq yaxşı istirahət etmək imkanı yarandı. Amma ümid edirəm ki, növbəti mövsümdə biz daha yaxşı çıxış edəcəyik və Avropaya düşəcəyik.
-Növbəti mövsümə hazırlıq çərçivəsində “İner”in birinci toplanışı aktiv mərhələsindədir. Bilmək istərdik, hazırlıqlar necə keçir?
-Düşünürəm ki, normal keçir. Toplanış plana uyğun keçir, bütün futbolçular məşqçilərin tapşırıqlarını ciddi-cəhdlə yerinə yetirirlər. Sevindiricidir ki, zədəli futbolçular yoxdur. Biz anlayırıq ki, yaxşı istirahətdən sonra yaxşı hazırlaşmaq lazımdır, axı, bu, bu mövsüm uğurlu çıxış etməyimiz üçün çox vacibdir.
-Biz bilirik ki, ailənizdə futbol oynayan çoxdur. Və bu yaxınlarda atan bildirmişdi ki, ailənizdə ən yaxşı futbolçu məhz sənsən...
-Mənə çox xoşdur ki, o, belə hesab edir. Hələlik mən atamdan və qardaşımdan daha çox uğur qazanmışam. Ancaq qardaşım Vladislav hələ çox gəncdir və düşünürəm ki, bütün onun uğurları hələ qarşıdadır.
-Karyerasını Azərbaycanda davam etdirməyi qardaşına məsləhət görərdinmi?
-Bu, taledir. Əgər qismətdirsə ki, o, Azərbaycanda oynayacaq, o zaman o, mütləq burada oynayacaq. Əgər qismət deyilsə, oynamayacaq. Qardaşım öz yolu, mənim başqa yolum var. Səmimi qəlbdən istərdim ki, Vladislav Avropanın səviyyəli komandalarının birində çıxış etsin. İstərdim ki, onun karyerası uğurlu olsun.
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu