"Neftçi" - "Dinamo" matçının başlama saatı açıqlandı

"Neftçi" - "Dinamo" matçının başlama saatı açıqlandı
ÖLKƏ FUTBOLU 4 İyul 2011 / 17:37 3172
-  A +

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Neftçi" - "Dinamo" (Zaqreb) matçının da başlama saatı açıqlanıb.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadioununda keçiriləcək görüşün start fiti saat 22:00-da veriləcək.

Matçın başlama saatı açıqlansa da, oyunu idarə edəcək hakimlər hələlik məlunmm deyil. Hakimlərin kimliyinə də isə yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, "Neftçi" və "Dinamo" komandaları arasında Zaqrebdə baş tutacaq ilk görüş isə iyulun 13-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Daha çox


Son xəbərlər